BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuş elmi seminar keçirilib

            BDU-da Xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuş elmi seminar keçirilib

            17 Noyabr 2022 14:46

            BDU-da Xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuş elmi seminar keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Xalq yazıçısı Süleyman Rəhimov Azərbaycanda kitabxana quruculuğunun təşkilatçısı kimi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov mövzu ilə bağlı məruzə edib.

            Məruzədə XX əsr Azərbaycan ictimai fikir tarixinin və ədəbi prosesinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Süleyman Rəhimovun milli mədəniyyətimizin inkişafı, o cümlədən, kitabxana-biblioqrafiya quruculuğu, ölkəmizdə ali kitabxanaçılıq təhsilinin təşkili və inkişafı sahəsindəki xidmətləri şərh olunub. Süleyman Rəhimovun kitabxana-biblioqrafiya quruculuğu sahəsindəki irsi mədəniyyət tarixi konteksində araşdırılıb. Bildirilib ki, Süleyman Rəhimov ötən əsrin 30-40-cı illərindən etibarən müxtəlif mətbuat orqanlarında Azərbaycanda kitabxana işinin təşkili, əhalinin maarifləndirilməsi, oxucu zövqünün və mütaliə mədəniyyətinin formalaşması kimi aktual məsələlərə dair çoxsaylı məqalələr dərc etdirib. Həmin məqalələrdə sahə ilə bağlı problemlər, onların həlli yolları göstərilib, eyni zamanda ölkəmizdə kitabxanaşünaslıqla bağlı ilk elmi fikirlər irəli sürülüb.

            1945-1953-cü illərdə Azərbaycan Nazirlər Soveti yanında Mədəni-maarif Müəssisələri Komitəsinin sədri olarkən Süleyman Rəhimov bu sahəyə bilavasitə rəhbərlik edib. Bu dövrdə məhz onun səyləri ilə kitabxana işinin inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. Bölgələrdə kitabxanaların açılması, kitabxana fondlarının zənginləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib, bu sahəyə əsaslı maliyyənin ayrılmasına nail olunub. Qeyd olunub ki, Süleyman Rəhimovun bu sahədə ən böyük xidmətlərindən biri də Mirzə Fətəli Axundov adına Milli Kitabxananın indiki binasının milli ornamentlər əsasında layihəsinin hazırlanması, təsdiqi və həyata keçirilməsinə bilavasitə rəhbərlik etməsi hesab olunur.

            Məruzədə vurğulanıb ki, Süleyman Rəhimov kitabxana fəaliyyəti üzrə ixtisaslı kadrların hazırlanmasını vacib hesab edib, bu prosesin institusional formada həyata keçirilməsi üçün əməli addımlar atıb. O, 1947-ci ildə BDU-nun Filologiya  fakültəsinin nəzdində kitabxanaçılıq ixtisasının açılmasında, Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasının yaranmasında, kafedra üçün müəllim kadrların seçilməsində mühüm rol oynayıb, bu ixtisas üzrə təhsil alan tələbələrə  Kitab tarixi fənnindən ilk mühazirəni də məhz özü oxuyub.

            Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş elmi seminar iştirakçıların marağına səbəb olub, məruzə ətrafında müzakirələr aparılıb.

            BDU-da Xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuş elmi seminar keçirilib
            BDU-da Xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuş elmi seminar keçirilib

            Son XƏBƏRLƏR

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            02.09.2026 | 16:21

            BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

            01.09.2026 | 17:10

            İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            01.09.2026 | 16:56

            BDU tələbələrinin nəzərinə!

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025