BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da V "Tusi" inkubasiya proqramı haqqında infosessiya

            BDU-da V "Tusi" inkubasiya proqramı haqqında infosessiya

            SOSİAL 5 Mart 2026 16:08

            BDU-da V "Tusi" inkubasiya proqramı haqqında infosessiya

            Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində həyata keçirdiyi V “Tusi” inkubasiya proqramı ilə bağlı infosessiya təşkil olunub.

            BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov belə layihələrin gənclərin karyera inkişafında önəmli rol oynadığını bildirib. O, BDU-nun “ASAN xidmət” və İnnovasiyalar Mərkəzi ilə uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib, tələbələri inkubasiya proqramlarına qoşulmağa dəvət edib.

            İnnovasiyalar Mərkəzinin Layihələrinin idarə olunması departamentinin müdir müavini Ziniddin Babayev və Mərkəzin layihə meneceri Nərmin Kərimova V “Tusi” inkubasiya proqramının istiqamətləri, qaydaları haqqında ətraflı məlumat verib. Bildirilib ki, İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, təhsil prosesində tələbələrə innovativ ideyalarını inkişaf etdirmək üçün dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahələrinə yönləndirilməsidir. V “Tusi” inkubasiya proqramı tələbələrə peşəkar dəstək, təlimlər və geniş mentor şəbəkəsi təqdim edir.

            BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov "Gələcək üçün bacarıqlar" layihəsinin əhəmiyyətini vurğulayıb, Universitetdə tələbələrin startap layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb.

            Daha sonra proqram haqqında videoçarx təqdim edilib, tələbələrin sualları cavablandırılıb.

            BDU-da V "Tusi" inkubasiya proqramı haqqında infosessiya
            BDU-da V "Tusi" inkubasiya proqramı haqqında infosessiya
            BDU-da V "Tusi" inkubasiya proqramı haqqında infosessiya
            BDU-da V "Tusi" inkubasiya proqramı haqqında infosessiya
            BDU-da V "Tusi" inkubasiya proqramı haqqında infosessiya
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.03.2026 | 17:17

            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir

            05.03.2026 | 17:16

            Akademik Vaqif Fərzəliyev BDU-da ustad dərsi deyib

            05.03.2026 | 17:15

            BDU-da müasir Azərbaycan-ingilis ədəbi əlaqələri müzakirə olunub

            05.03.2026 | 15:53

            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”

            05.03.2026 | 15:29

            BDU-nun “Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XV Respublika müsabiqəsinin qalibidirlər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025