BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da ustad dərsi: “Heydər Əliyevin aqrar islahat modeli”

            BDU-da ustad dərsi: “Heydər Əliyevin aqrar islahat modeli”

            13 Aprel 2023 15:10

            BDU-da ustad dərsi: “Heydər Əliyevin aqrar islahat modeli”

            Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planına uyğun olaraq aqrar və ekologiya sahələri üzrə ustad dərsləri keçirilir.

            Aqrar istiqamət üzrə növbəti ustad dərsi “Heydər Əliyev irsi və aqrar islahatların elmi-nəzəri, praktiki əhəmiyyəti” layihəsi çərçivəsində “Heydər Əliyevin aqrar islahat modeli” mövzusuna həsr olunub. Məruzəçi – 1997-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuş, BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müdiri, akademik Qərib Məmmədov olub.

            Akademik Qərib Məmmədov Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin ilk dövrlərində bazar iqtisadiyyatı və azad iqtisadi rəqabət mühitində vahid torpaq fondunun çoxmülkiyyətçilik (dövlət, bələdiyyə və xüsusi) şəraitində səmərəli istifadə edilməsi və mühafizəsinin təşkili sahəsində Ulu Öndərin həyata keçirdiyi aqrar-torpaq islahatının istiqamətlərini mərhələlər (1991-1996-cı, 1997-2007-ci, 2008-2015-ci və sonrakı dövr) üzrə təhlil edib, ümumxalq əhəmiyyətli təsərrüfatçılıq dəyərlərini qiymətləndirib.

            Natiq vurğulayıb ki, ölkədə həyata keçirilən aqrar-torpaq islahatlarının müəllifi olan Ümummilli Liderin xüsusi yanaşması və diqqəti sayəsində 1,8 milyon hektardan çox qiymətli kənd təsərrüfatı torpağı 840 min ailəyə (3,5 milyon nəfərə) verilib. Bu istiqamətdə hüquqi-qanunvericilik bazası yaradılıb, nəticədə torpaq kateqoriyalarının - uqodiyalarının məqsədli təyinatı, hüquqi rejimi müəyyən edilib.

            Ustad dərsində ölkə hüdudlarında ekoloji mühitin mühafizəsi, bio-eko sistemin bütövlüyünün qorunmasında torpaq-əkinçi münasibətlərinin təsiri, eləcə də bu istiqamətdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçiriləcək aqrar-torpaq islahlatları barədə geniş və ətraflı məlumat verilib, iqtisadi təhlillər aparılıb.

            Müzakirələr zamanı Azərbaycan Respublikasının vahid torpaq fondunun elektron-rəqəmsal kadastr bazasının yaradılması, rəqəmsal kadastr xəritələrinin və ekoloji mühit reqlamentlərinin kartoqrafik təsvir edilməsi ilə bağlı dövlət tədbirlərindən bəhs edilib.

            Məruzədən sonra Ulu Öndərin aqrar sahədəki islahatlarını əks etdirən film nümayiş olunub.

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025