BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

            SOSİAL 8 May 2026 18:05

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

            Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.

            Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Universitetin əsas tədris binasındakı büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

            Tədbir BDU-nun akt zalında davam edib. Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Liderin mənalı ömür yoluna, çoxşaxəli fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

            Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, dahi siyasi xadim, Bakı Dövlət Universitetinin ən böyük məzunu Ulu Öndər Heydər Əliyevin zəngin irsi, dövlətçilik fəlsəfəsi və siyasi uzaqgörənliyi hər bir azərbaycanlı üçün örnək olmaqla yanaşı, gələcək inkişaf yolumuz üçün möhkəm təməl rolunu oynayır. Tarixin müxtəlif mərhələlərində çətin sınaqlarla üzləşmiş Azərbaycan xalqı məhz Heydər Əliyev kimi böyük şəxsiyyətin sayəsində bu sınaqlardan şərəflə çıxaraq müstəqil və güclü dövlət qurmağa nail olub. Ulu Öndərin həyatının əsas qayəsi xalqına xidmət, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, milli dəyərlərin yaşadılması olub. O, bütün mənalı ömrünü bu ali məqsədlərə həsr edib, öz fəaliyyəti ilə tariximizdə silinməz izlər, zəngin dövlətçilik irsi qoyub: “Ulu Öndərin siyasi fəaliyyətinin hər bir mərhələsi Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rol oynayıb. 1969-cu ildən etibarən respublikaya rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın, sənayenin, təhsilin və mədəniyyətin sürətli inkişafı təmin edilmiş, milli kadr hazırlığına xüsusi diqqət yetirilib. Bu dövrdə atılan addımlar sonrakı illərdə Azərbaycanın müstəqil inkişafı üçün möhkəm baza yaradıb. Ulu Öndərin 1982-ci ildə SSRİ rəhbərliyində yüksək vəzifədə təmsil olunması onun böyük idarəçilik bacarığının və siyasi nüfuzunun göstəricisi idi. Ümummilli Lider SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyəti dövründə də prinsipial mövqeyi və uzaqgörən siyasəti ilə seçilib, 1987-ci ildə mövcud siyasi kursa etiraz edərək istefa verməsi isə onun milli maraqlara sadiqliyinin parlaq nümunəsi kimi tarixə düşüb”.

            Rektor qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi və iqtisadi böhranla üz-üzə qaldığı bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını uğurla həyata keçirib. Məhz bunun nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olunub, dövlət institutları möhkəmləndirilib və inkişaf strategiyası müəyyənləşdirilib. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan qısa müddətdə regionun aparıcı dövlətlərindən birinə çevrilib. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyub, ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirib və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. 1993–2003-cü illər müstəqil Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsi dövrü kimi tarixə düşüb, həmin illərdə hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb, demokratik institutlar inkişaf etdirilib, ordu quruculuğu gücləndirilib və Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb.

            Elçin Babayev diqqətə çatdırıb ki, Ulu Öndərin ən böyük xidmətlərindən biri də Azərbaycanın gələcək inkişafını təmin edəcək siyasi kursun davamlılığını yaratmasıdır. Bu gün həmin siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər qazanır. Rektor xüsusilə 2020-ci ildə əldə olunan tarixi Zəfərin Azərbaycanın gücünü, xalqımızın birliyini və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdiyini vurğulayaraq bu Qələbənin Ulu Öndərin əsasını qoyduğu dövlətçilik siyasətinin məntiqi nəticəsi olduğunu bildirib.

            Rektor bildirib ki, Ulu Öndər gəncləri dövlətin ən böyük sərvəti hesab edib, onların yüksək təhsil almasını və Vətənə layiqli vətəndaş kimi yetişməsini ölkənin gələcək inkişafının əsas şərtlərindən biri kimi qiymətləndirib: “Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinin tələbələri böyük məsuliyyət daşıyırlar. Ümummilli Lider Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması hər bir gəncin və ziyalının mənəvi borcudur”.

            Konfransda Milli Məclis sədrinin müavini, BDU-nun professoru Musa Qasımlı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərov və Tarix fakültəsinin tələbəsi Leyla Qəmbərova çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin inkişafı istiqamətindəki müstəsna xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan sürətli və yüksək inkişaf yoluna qədəm qoyub. Bütün bu nailiyyətlər və bundan sonra qazanılacaq uğurlar Ulu Öndərin əsasını qoyduğu möhkəm bünövrəyə söykənir.

            Sonda BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi ədəbi-bədii kompozisiya nümayiş olunub.

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            08.05.2026 | 17:44

            BDU-da “Azərbaycan” auditoriyası açılıb

            08.05.2026 | 14:31

            BDU əməkdaşları arasında idman yarışları keçirilib

            08.05.2026 | 14:14

            BDU-da “MediaPulse” təcrübə proqramının növbəti görüşü keçirilib

            08.05.2026 | 14:13

            BDU THİK “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirib

            08.05.2026 | 14:00

            Girne Amerikan Universitetinin rektoru BDU-da

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025