BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da tarixi Zəfərin 5 illik yubileyinə həsr olunmuş ixtisaslaşmış Karyera Sərgisi keçirilib

            BDU-da tarixi Zəfərin 5 illik yubileyinə həsr olunmuş ixtisaslaşmış Karyera Sərgisi keçirilib

            SOSİAL 20 Noyabr 2025 17:37

            BDU-da tarixi Zəfərin 5 illik yubileyinə həsr olunmuş ixtisaslaşmış Karyera Sərgisi keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional məşğulluq filialının təşkilatçılığı ilə xalqımızın tarixi Zəfərinin 5 illik yubileyinə həsr olunmuş “Peşəkar gələcəyə doğru körpü” – ixtisaslaşmış Karyera Sərgisi keçirilib.

            Sərginin keçirilməsində məqsəd tələbə və məzunları Şərqi Zəngəzur və Qarabağ bölgəsində fəaliyyət göstərən şirkətlərlə bir araya gətirərək, onların karyera imkanlarını nümayiş etdirmək, regionun bərpa və inkişafı prosesində gənclərin iştirakına dəstək olmaqdır.

            Tədbirdə Universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, bu il ölkəmiz üçün çox əlamətdardır, xalqımız Qarabağda tarixi Zəfərimizin 5 illik yubileyini və “Konstitusiya və Suverenlik İli”ni qeyd edir. Hazırda doğma Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı quruculuq işləri, yalnız iqtisadi deyil, geniş sosial, mədəni layihələr həyata keçirilir, “Böyük Qayıdış” Proqramı uğurla icra olunur. Məhz bu baxımdan BDU-nun tələbə-məzunlarının Qarabağ və Şərqi Zəngəzurda iş imkanları ilə tanış edilməsi mühüm əhəmiyyət daşıyır: “BDU tələbələri həmişə ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatının əsas avanqardı olublar. İnanırıq ki, Universiteti hər il bitirən 6000-dən artıq məzunun çox hissəsi Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərində yaxından iştirak edəcək, azad edilmiş torpaqlarımızın çiçəklənməsinə öz töhfələrini verəcəklər”.

            Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional məşğulluq filialının müdiri Sənan Məmmədzadə çıxışında bildirib ki, son illər dövlətimizin əsas strateji istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşmasıdır: “Bugünkü sərgidə Dövlət Məşğulluq Agentliyi BDU-nun tələbə və məzunlarına karyera dəstəyi proqramları, təcrübə və iş yerləri yerləri təklif edir. Qarabağ və Şərqi Zəngəzurda dövlət və özəl sektor tərəfindən açılan minlərlə vakansiya, sosial təminat tədbirləri, güzəştlər və inkişaf perspektivləri sizin üçün böyük üstünlük yaradır. Azad olunmuş ərazilərdə işləmək əvəzolunmaz təcrübə deməkdir. Bununla siz həm də tarixi bir missiyada iştirak edəcək, yenidən dirçələn bölgələrimizdə həyatın bərpasına töhfə verəcəksiniz”.

            Sərgidə 2000-dən artıq tələbə və məzun iştirak edərək, vakansiya və təcrübə proqramlarına müraciət etmək, CV təqdim etmək imkanına sahib olublar.

            Sərginin yekununda Universitet və əmək bazarı arasında səmərəli tərəfdaşlığın formalaşdırılması məqsədilə Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşlarının və şirkət nümayəndələrinin iştirakı ilə şəbəkələşmə görüşü təşkil edilib. Görüşdə Mərkəzin fəaliyyət portfeli təqdim olunaraq, əməkdaşlıq imkanları və yeni tərəfdaşlıqların qurulması müzakirə edilib.

            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025