BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi

            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi

            BEYNƏLMİLƏLLƏŞMƏ 28 Oktyabr 2025 12:53

            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi

            Bakı Dövlət Universiteti (BDU), Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi keçirilib.

            Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, XXI əsr bəşəriyyət üçün yeni bir dönüş nöqtəsidir. Texnologiyalar inkişaf etdikcə, süni intellekt sistemləri insan düşüncəsinin sərhədlərini aşır. Lakin bu texnologiyanın real gücü onun etika ilə tamamlandığı, insan yönümlü və məsuliyyətli şəkildə tətbiq edildiyi zaman ortaya çıxır. Bu baxımdan süni intellektin etik ölçülərini müzakirə etmək təkcə elmi məsələ deyil, həm də mənəvi və milli məsuliyyətdir. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Bu strateji sənəddə süni intellektin “etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəsi”, “insan yönümlü yanaşma, şəffaflıq, ədalət və etibarlılıq” kimi prinsiplər dövlət siyasətinin ayrılmaz hissəsi kimi təsbit olunub: “Azərbaycan bu sahədə regionda nümunə yaratmaq əzmindədir. Bakı Dövlət Universiteti isə bir əsrdən çox tarixə malik, elmi və mənəvi düşüncənin beşiyi olaraq süni intellektin etik və elmi tərəflərinin araşdırılmasına xüsusi diqqət yetirir. Son illərdə Universitetdə bu istiqamətdə mühüm addımlar atılıb. Beynəlxalq Türk Akademiyası ilə birlikdə “Süni intellektin etikası” kafedrası təsis edilib və onun tərkibi formalaşdırılmaqdadır. Bu kafedra süni intellektin istifadəsi zamanı etik, hüquqi, sosial və digər məsuliyyət tərəflərini də öyrədir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin universitetləri ilə birgə etik və hüquqi tədqiqat layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu gün BDU-nun qarşısında bu sahədə duran əsas vəzifə yalnız süni intellekt sistemləri yaratmaq deyil, insana xidmət edən, ədalət və etika prinsipləri ilə tənzimlənən elmi mədəniyyət formalaşdırmaqdır”.

            Rektor diqqətə çatdırıb ki, Türk dünyasının inkişafı və həmrəyliyi yalnız iqtisadi əlaqələrin gücləndirilməsi ilə deyil, elm, təhsil, mədəniyyət və ortaq dəyərlər üzərində qurulmuş möhkəm bir mənəvi körpü ilə mümkündür: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və dərin strateji baxışları türk xalqlarının həmrəyliyi, qarşılıqlı hörmət və əməkdaşlıq ruhu üçün əbədi bir ideyanın təməlini qoyub. Bu ideya Türk dünyasının inteqrasiya prosesləri, birgə layihələri və gələcəyə yönəlmiş strateji baxışında öz əksini tapır. Məhz bu ideyaların davamı olaraq, Türk dünyası dövlətlərinin başçılarının uzaqgörən təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni bir mərhələyə – elm, texnologiya, süni intellekt və innovasiya sahəsində ortaq ekosistemin formalaşması mərhələsinə qədəm qoyulub. Bu ekosistem yalnız texnoloji tərəqqini deyil, həm də etik məsuliyyəti, insan mərkəzli yanaşmanı və ortaq dəyərlər üzərində qurulmuş elmi əməkdaşlığı özündə birləşdirir. BDU tərəfindən elm və təhsildə yeni çağırışlara cavab olaraq “Türk dünyasında süni intellekt etikası Mərkəzi”nin yaradılması kimi təşəbbüs irəli sürmək istərdik. Bu təşəbbüs Türk dövlətlərinin müvafiq universitetlərinin elmi potensialının birləşdirilməsinə, süni intellekt sahəsində ortaq elmi-praktik platformanın qurulmasına və gələcəyin etik prinsiplərə əsaslanan texnoloji inkişaf modelinin yaradılmasına yönəldilməlidir. Oktyabrın 31-dək davam edəcək Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbində dünyanın 10 ölkəsindən aparıcı universitet və elmi mərkəzlərin nümayəndələri, alimlər, ekspertlər və tələbələr iştirak edirlər. Bu beynəlxalq platforma təkcə süni intellektin texnoloji tərəflərini deyil, onun etik, sosial və hüquqi aspektlərini müzakirə etmək, həmçinin ortaq elmi baxış və standartların formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır. Tədbir çərçivəsində süni intellektin etik prinsipləri, tədris proqramlarına inteqrasiyası, məsuliyyətli texnologiya anlayışı, eləcə də insan yönümlü innovasiya modelləri kimi aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq”.

            Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev süni intellektin sürətli inkişafının özü ilə həyatımıza misli görülməmiş yeni imkanlar gətirdiyini deyib: “Hazırda süni intellekt təhsil, səhiyyə və dövlət idarəçiliyindən tutmuş, təhlükəslizlik və idarəetməyə qədər insan həyatının bütün sahələrinə təsir göstərir. Bu isə yeni çağırışları və həllini tələb edən sualları gündəmə gətirir. Türk Dövlətləri Təşkilatının bütün strateji sənədlərində bu məsələnin fövqəladə əhəmiyyətinə toxunulub, müxtəlif sahələrdə süni intellektdən istifadənin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bugünkü konfrans yalnız akademik tədbir deyil, həm də birgə intellektual və institusional səylər vasitəsilə bu strateji məqsədlərin həyata keçirilməsi istiqamətində atılan ən böyük praktik addımdır. Biliyi və əxlaqı məsuliyyətlə əlaqələndirən, dərin fəlsəfi ənənələrə sahib Türk dünyası süni intellekt etikasına dair qlobal müzakirələrə mühüm töhfə verə bilər. Süni intellekti ortaq mənəvi dəyərlərlə birləşdirməklə Türk dünyasına xidmət etmiş olarıq”.

            Türkiyə Elmlər Akademiyasının Prezidenti, professor Muzaffer Şeker isə vurğulayıb ki, süni intellekt texnologiyalarının bir çox sahələrdə tətbiqi onun etik, hüquqi və mədəni istiqamətlərdə də araşdırılmasının zəruriliyini tələb edir: “Süni intellekt artıq rəqəmsal laboratoriyaların mövzusu deyil, beynəlxalq siyasətin və iqtisadiyyatın mərkəzindədir. Süni intellekt texnologiyalarının inkişafı artıq qlobal rəqabət halına gəlib, Türk dünyasının bu rəqabətdə öz layiqli yerini tutması üçün alimlərimizin üzərinə mühüm öhdəlik düşür. Konfransda müzakirə ediləcək məsələlər və qəbul ediləcək qərarların qeyd edilən istiqamətdə əsaslı bir çağırışa çevriləcəyinə inanıram”.

            Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakı Dövlət Universitetində günümüzün ən aktual və vacib məsələsinə çevrilən süni intellektin etikasına dair təşəbbüslərin Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Türk dünyası öz gələcəyini birlikdə düşünür. Süni intellekin daha ədalətli yönəldilməsi üçün istər Türk dünyası, istərsə də bütün dünya ölkələri çalışmalıdır. Bu konfransda aparılan müzakirə və dialoqlar tək Türk dünyasının deyil, dost və müttəfiq ölkələrin də gələcəyinə öz təsirini göstərəcək”.

            İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Pakistanın Quaid-i-Azam Universitetinin Al-Farabi adına Süni İntellekt və Kiber Təhlükəsizlik Mərkəzinin direktoru, professor Muazzam Ali xan Xattak süni intellekt etikasına dair birgə təşəbbüslərin əhəmiyyətinə toxunub və konfansın önəmli nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.

            Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker və Pakistanın Quaid-i-Azam Universitetinin Al-Farabi adına Süni İntellekt və Kiber Təhlükəsizlik Mərkəzinin direktoru Muazzam Ali xan Xattaka Bakı Dövlət Universiteti adından Süni İntellektin Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız Məktəbinin təşkilinə göstərdiyi dəstəyə, elmi əməkdaşlığın və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürnamələr təqdim olunub.

            Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.

            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
            BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025