BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilir

            BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilir

            SOSİAL 19 Sentyabr 2025 14:10

            BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilir

            Bakı Dövlət Universiteti (BDU), Gənclər və İdman Nazirliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “BDU könüllüləri” təşkilatı, Süni İntellekt Azərbaycan Platforması və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilir.

            Forumda açılış nitqi ilə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, hazırda təhsil, elm, səhiyyə, iqtisadiyyat, media, incəsənət və s. kimi sahələrdə süni intellekt əsaslı tətbiqlər sürətlə genişlənir. Süni intellekt bu sahələrin inkişafına töhfə verməklə yanaşı, insan hüquqları və vətəndaş azadlıqları ilə bağlı məsələlərdə bəzən etik problemlərə də səbəb olur. Buna görə də süni intellektin etikası problemi günümüzün aktual məsələsidir: “Azərbaycanda bu istiqamətdə ilk təşəbbüs Bakı Dövlət Universiteti tərəfindən qaldırılıb. Süni intellekt etikasının akademik müstəvidə araşdırılması üçün BDU-da Süni intellekt etikası kafedrası yaradılıb. Bu kafedranın yaranması və formalaşdırılması istiqamətində işin aparılmasında Beynəlxalq Türk Akademiyası dəstək göstərəcək. Artıq bu ildən BDU-nun magistratura pilləsində təhsil alan bütün tələbələrə “Süni intellekt etikası” fənni tədris edilir. İnanırıq ki, bu istiqamətdə aparılan dövlət siyasəti daha da təkmilləşdiriləcək və süni intellektin etikası məsələsi də müvafiq qanunvericilikdə öz əksini tapacaq”.

            Milli Məclisin deputatı Naqif Həmzəyev hazırda süni intellektin əksər hallarda düzgün istifadə edilmədiyinə diqqəti çəkib. O qeyd edib ki, günün tələbinə çevrilən süni intellekt daha çox alət kimi istifadə edilməlidir, onun birbaşa vasitə və ya mənbə kimi istifadəsi  yanlışdır: “Bu gün sosial şəbəkələrdə süni intellekt vasitəsilə yaradılan audiovizual kontentlər müxtəlif müzakirələrə səbəb olur ki, bu da mənfi tendensiyalar doğurmaqdadır. Bu, həm də onun etikasının öyrənilməsi , aktual məsələ kimi araşdırılmasını tələb edir. Düşünürəm ki, gənclərimizin təşəbbüsü ilə keçirilən bu forum faydalı olacaq”.

            4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov bəşəriyyətin texnoloji dəyişikliklərə sürətlə məruz qaldığı dövrdən keçdiyini və bunun iqtisadi yüksəlişin əsas hərəkətverici qüvvəsi olduğunu qeyd edib. XXI əsrdə bu rola süni intellekt sahiblənib və bütün sahələrə sirayət edib: “Dünya İqtisadi Forumunun “Gələcəyin əmək bazarı hesabatı”nda göstərilir ki, süni intellekt əmək bazarının məhsuldarlığını artırır. Bu, qarşıdakı illərdə ənənəvi peşələrin sıradan çıxmasına və yeni ixtisasların meydana gəlməsinə səbəb olacaq. Əmək bazarında yeni bacarıqlar əldə etmək isə rəqabətə davamlılığın əsas formuluna çevrilib. Bütün bunlar nəzərə alınaraq, ölkə başçısının Sərəncamı ilə Azərbaycanın növbəti üç il üçün “Süni intellekt Strategiyası” qəbul edilib. İqtisadiyyat Nazirliyi və 4SİM tərəfindən də qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Ölkə vətəndaşlarının süni intellekt və data elmi sahəsində məlumatlılığının artırılması üçün Milli Proqram həyata keçirilir. Bakı Dövlət Universitetinin 1600-dən çox tələbəsi və 120-dən artıq müəllimi Milli Proqramdan yararlanıb və sertifikat əldə edib. Süni intellekt dövründə əmək bazarının əsas iştirakçısı olan gəncləri inkişaf etdirmək bu yoldakı əsas missiyamızdır”.

            Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədr müavini Ramin Həbibzadə, Süni İntellekt Azərbaycan Platformasının idarə heyətinin sədri Nərmin Həbibzadə və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının baş katibi Nazrin Süleymanova ölkəmizdə süni intellekt etikası mövzusunda ilk dəfə keçirilən forumun böyük əhəmiyyətə malik olduğunu bildiriblər.

            Forum öz işini “Süni intellektin gələcək nəsillərə təsir imkanları, problemlər və fürsətlər” və “Süni intellekt etikası və gənclərin rifahı: süni intellekt dövründə təhsil, karyera və qlobal standartlar” mövzuları üzrə panel sessiyalarla davam etdirib.

            BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilir
            BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilir
            BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilir
            BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilir
            BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilir
            BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilir
            BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilir
            BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilir
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025