BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Sülh və gündəlik həyat: antropoloji baxış” mövzusunda elmi seminar keçirilib

            BDU-da “Sülh və gündəlik həyat: antropoloji baxış” mövzusunda elmi seminar keçirilib

            ELM 18 Mart 2026 16:19

            BDU-da “Sülh və gündəlik həyat: antropoloji baxış” mövzusunda elmi seminar keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasında “Sülh və gündəlik həyat: antropoloji baxış” mövzusunda elmi seminar keçirilib.

            Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, professor Tarix Dostiyev bildirib ki, tarix boyu insanlar, icmalar, tayfalar və dövlətlər arasında baş verən münaqişə və müharibələrin səbəbləri, onların cəmiyyətin sosial və mədəni həyatına təsiri antropoloji baxımdan təhlil edilir. Qeyd olunub ki, cəmiyyətlər arasında təcavüz meyllərinin yaranma səbəbləri insan təbiətindən başlayaraq iqtisadi və siyasi maraqlara qədər geniş spektri əhatə edir.

            Seminarda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədlinin məruzəsi dinlənilib. Məruzədə vurğulanıb ki, müharibə və hərbi münaqişələr insanların həyatında ciddi problemlər yaradır. Bu problemlər sırasında fiziki itkilər, sağlamlıq problemləri, psixoloji travmalar, sosial və ailə çətinlikləri, iqtisadi tənəzzül, yoxsulluq və məcburi köçkünlük kimi hallar xüsusi yer tutur. Sülh və əmin-amanlıq dövrü insanların sosial rifahı və inkişafı baxımından daha üstün mövqedə dayanır və müharibələrin vurduğu ziyanın aradan qaldırılması çox vaxt uzun illər tələb edir.

            Elmi seminarda münaqişə və sülh antropologiyasının əsas istiqamətləri barədə məlumat verilib. Qeyd olunub ki, bu sahə müharibə, zorakılıq və dinc yanaşı yaşama kimi hadisələri təcrid olunmuş proseslər kimi deyil, mədəniyyətə, sosial münasibətlərə və gündəlik həyat təcrübələrinə bağlı olan sosial-mədəni proseslər kimi araşdırır. Antropoloqların münaqişələrin vasitəçilik yolu ilə həllində və münaqişədən sonrakı yenidənqurma prosesində əldə etdikləri təcrübə bu sahənin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilib. Qeyd edilib ki, antropoloji yanaşmaya görə, sülh təkcə müharibənin olmaması deyil, həm də davamlı mədəni bərpa və yerli ictimai iştirak tələb edən aktiv sosial prosesdir.

            Məruzədə Vətən müharibəsinin nəticələrinin Azərbaycan xalqının milli özünüdərk prosesində və kimlik hissinin möhkəmlənməsində mühüm mərhələ olduğu diqqətə çatdırılıb. Bildirilib ki, münaqişə, sülh və cəmiyyətin transformasiyası ilə bağlı məsələlərin elmi baxımdan araşdırılması sosial və mədəni antropoloqlar qarşısında duran vacib vəzifələrdəndir.

            Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

            BDU-da “Sülh və gündəlik həyat: antropoloji baxış” mövzusunda elmi seminar keçirilib
            BDU-da “Sülh və gündəlik həyat: antropoloji baxış” mövzusunda elmi seminar keçirilib
            BDU-da “Sülh və gündəlik həyat: antropoloji baxış” mövzusunda elmi seminar keçirilib
            ELM

            Son XƏBƏRLƏR

            18.03.2026 | 18:38

            BDU-da “Dayanıqlı şəhərlər: Gələcəyin urbanizasiya perspektivləri” mövzusunda panel müzakirə

            18.03.2026 | 18:08

            BDU-da “Novruz Tələbə Festivalı”

            18.03.2026 | 17:51

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            18.03.2026 | 17:27

            Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BDU tələbələri ilə görüşüb

            18.03.2026 | 16:54

            BDU ilə XİN arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025