BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib

            BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib

            SOSİAL 27 Aprel 2026 16:58

            BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib

            Bakı Dövlət Universitetində (BDU) 24 aprel - Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib.
             
            Universitetdə fəaliyyət göstərən “YENİ Klub”un təşkilatçılığı ilə baş tutan tədbirdə tələbələr, müəllimlər və beynəlxalq münasibətlər sahəsinə maraq göstərən gənclər iştirak ediblər.
             
            BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında beynəlxalq münasibətlərə marağın, diplomatiya sahəsində gənclərin maarifləndirilməsinin artırılmasıdır. Şahin Pənahov  bildirib ki, çoxtərəfli diplomatiya müasir beynəlxalq münasibətlər sisteminin əsas dayaqlarından biridir və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi tələbələrin dünyagörüşünün formalaşmasına, onların qlobal proseslərə daha dərindən bələd olmasına mühüm töhfə verir.
             
            Tədbirin xüsusi qonağı Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini Əsmər Yusifzadə olub. O, çıxışında çoxtərəfli diplomatiyanın mahiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mexanizmləri, qlobal təhlükəsizlik çağırışları və müasir geosiyasi proseslər barədə ətraflı məlumat verib. Bildirilib ki, çoxtərəfli yanaşmalar dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində, sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edərək, çoxtərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir, müxtəlif təşəbbüslərlə çıxış edir və regional, eləcə də qlobal təhlükəsizlik məsələlərinin həllində konstruktiv mövqe nümayiş etdirir.
             
            Görüş zamanı tələbələr çoxtərəfli diplomatiya sahəsində praktiki biliklərini artırmaq imkanı əldə ediblər. Müzakirələrdə beynəlxalq münasibətlər sahəsində karyera imkanları, diplomatik xidmətin xüsusiyyətləri və bu sahədə tələb olunan peşəkar bacarıqlar barədə də fikir mübadiləsi aparılıb.
             
            Sonda iştirakçıların sualları cavablandırılıb.
            BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            10.06.2026 | 14:17

            BDU tələbələri futzal üzrə Azərbaycan Tələbə Liqasında uğur qazanıblar

            10.06.2026 | 12:34

            Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub

            10.06.2026 | 11:34

            BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

            10.06.2026 | 10:41

            BDU-nun dosenti Tariel Abbasov vəfat edib

            09.06.2026 | 15:02

            BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025