BDU-da Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın şagirdləri üçün infosessiya

Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın X sinif şagirdləri üçün Bakı Dövlət Universitetində (BDU) infosessiya keçirilib.
Şagirdlər BDU-nun Heydər Əliyev, Təkamül, Faydalı qazıntılar muzeyləri ilə yaxından tanış olublar.
İnfosessiya zaman şagirdlərə son illər BDU-da aparılan yenidənqurma işləri, tədris prosesində tətbiq olunan yeniliklər, Universitetin nüfuzlu beynəlxalq reytinqlərdə əldə etdiyi yüksək nəticələr, tələbələrin yerli və beynəlxalq uğurları barəsində məlumat verilib. Şagirdlər BDU ilə xarici ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlıq memorandumları və ikili diplom proqramlarının yaratdığı geniş imkanlar haqqında da məlumatlandırılıblar.