BDU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ustad dərsi
SOSİAL
15 Aprel 2026 12:12

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar ustad dərsi təşkil olunub.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, mədəni irs mütəxəssisi Fariz Xəlilli “Yeni şəhərlərin salınmasında memarlıq abidələrinin qorunması prinsipləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir şəhərsalma siyasətində tarixi-mədəni irsin qorunmasının əhəmiyyəti, urbanizasiya prosesində memarlıq abidələrinin inteqrasiyası, yeni yaşayış məkanlarının planlaşdırılmasında milli memarlıq ənənələrinin saxlanılması məsələləri geniş təqdim olunub.
Fariz Xəlilli bildirib ki, yeni şəhərlərin qurulması yalnız müasir infrastrukturun yaradılması ilə məhdudlaşmamalı, tarixi və mədəniyyət yaddaşını qoruyan memarlıq nümunələrinin yaşadılmasına xidmət etməlidir. O, xüsusilə azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərinin şəhərsalma baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir interaktiv müzakirə formatında davam edib. Tələbələr şəhər planlaşdırılması, tarixi abidələrin mühafizəsi, şəhərsalma məsələlərinin mediada işıqlandırılması ilə bağlı suallar ünvanlayaraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Son XƏBƏRLƏR
10.06.2026 | 14:17
BDU tələbələri futzal üzrə Azərbaycan Tələbə Liqasında uğur qazanıblar
10.06.2026 | 12:34
Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub
10.06.2026 | 11:34
BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
10.06.2026 | 10:41
BDU-nun dosenti Tariel Abbasov vəfat edib
09.06.2026 | 15:02