BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib

            BDU-da “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib

            24 İyun 2022 15:00

            BDU-da “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib.

            Tədbirdə çıxış edən BDU-nun Tədrisin təşkili və təlim texnologiyları üzrə prorektoru Fərda İmanov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, tarixi varislik ənənəsinə uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə milli hərbi təhsil sisteminin əsası qoyulub, Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. Müstəqil Azərbaycanın ordu quruculuğu  Ümummilli liderin adı ilə bağlıdır. Dahi şəxsiyyət 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalayıb. 20 avqust 2001-ci il tarixli fərmana əsasən isə, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb. Silahlı Qüvvələrin quruculuğu, təkmilləşdirilməsi və inkişafı prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, Azərbaycan ordusunun döyüş qabiliyyəti, maddi-texniki təchizatı gücləndirilib. Məhz bu tədbirlər nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi zəfər çalıb, işğal olunmuş ərazilərimizi düşməndən azad edib.

            Dəyirmi masada Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov,  Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev, Vətən müharibəsi qazisi, Tarix fakültəsinin məzunu İsrail Əzimov, Tarix fakültəsinin IV kurs tələbəsi Qara Kərimov  çıxış edərək Azərbaycanda milli ordu quruculuğunun tarixi kökləri, mərhələləri, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbənin əhəmiyyəti, Qarabağın 30 illik işğaldan azad olunmasının Azərbaycan tarixində yeri və rolu ilə bağlı fikirlərini bölüşüblər.

            Tədbirin sonunda "26 iyun – Azərbaycan Respublikasinin Silahli Qüvvələri Günü”nə həsr olunmuş videoçarx nümayiş olunub, Vətən müharibəsi qazilərinə Tarix fakültəsinin professor–müəllim heyəti tərəfindən hazırlanmış “Qarabağ Azərbaycandır. Zəfər epopeyası” adlı kollektiv monoqrafiya təqdim olunub.

            BDU-da “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib
            BDU-da “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib
            BDU-da “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib
            BDU-da “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib
            BDU-da “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib
            BDU-da “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025