BDU-da “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və "BDU-nun rəqəmsallaşma komandası"nın birgə təşkilatçılığı ilə 3 may 2026-cı il tarixində “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək.
Müsabiqənin keçirilməsində məqsəd tələbə gənclərin rəqəmsal alətlərdən istifadə arealının genişləndirilməsi, qeyd olunan istiqamətdə bacarıqlarının artırılması və nəzəri biliklərin müasir tələblərə uyğun təkmilləşdirilməsidir. BDU-nun rəqəmsallaşma istiqamətindəki fəaliyyət planına əsasən icra olunan müsabiqənin qalibləri sonda mükafatlandırılacaq.
Qeydiyyat üçün son tarix: 1 may 2026-cı il
Qeydiyyat linki: https://forms.gle/E1rsMgmKZpoBnS1Y6