BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Qida və su təhlükəsizliyinin təkmilləşdirilməsində müasir avadanlıq və metodların tətbiqi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir

            BDU-da “Qida və su təhlükəsizliyinin təkmilləşdirilməsində müasir avadanlıq və metodların tətbiqi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir

            ELM 22 Yanvar 2025 13:35

            BDU-da “Qida və su təhlükəsizliyinin təkmilləşdirilməsində müasir avadanlıq və metodların tətbiqi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir

            Bakı Dövlət Universiteti (BDU), “Bayramlı Group” MMC və Almaniyanın “AnalytikJena” şirkətinin birgə təşkilatçılığı ilə “Qida və su təhlükəsizliyinin təkmilləşdirilməsində müasir avadanlıq və metodların tətbiqi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir.

            Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, bu mühüm tədbir qlobal miqyasda aktual olan qida və su təhlükəsizliyi məsələlərinin müzakirəsi üçün imkan yaradır və ölkədə dövlət-özəl tərəfdaşlığının uğurla həyata keçirildiyini göstərir. Azərbaycanda qida və su təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə müasir texnologiyaların tətbiqi, qida təhlükəsizliyi standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir. BDU da bu proseslərin bir parçası kimi sənaye və biznes tərəfdaşları ilə birlikdə ölkəmizin inkişafına töhfə verir.

             Rektor diqqətə çatdırıb ki, BDU-da yaradılan “Ekoməkan” və ECOLEAD Klinikası qida və su təhlükəsizliyi, ekoloji problemlərin həlli və təbii resurslardan səmərəli istifadə sahələrində yeni yanaşmaların tətbiqinə xidmət edir: “BDU-da qida təhlükəsizliyi ilə bağlı müxtəlif tədqiqatlar aparılır, müasir laboratoriyalar qurulur və gənc mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə BDU-nun elmi-tədqiqat mərkəzlərində ən son texnologiyalar tətbiq olunur. Bu konfransın təşkilində tərəfdaşımız olan “Bayramlı Group” MMC və “AnalytikJena” şirkətləri ilə əməkdaşlığımız qida və su təhlükəsizliyi sahəsində biliklərin paylaşılması və yeni texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir. Hər iki şirkətin mütəxəssislərinin təqdim edəcəyi müasir analitik avadanlıqlar və qabaqcıl metodlar barədə çıxışlar iştirakçılara bu sahədə innovativ həlləri və tətbiq imkanlarını yaxından tanımaq imkanı verəcək”.

            “Bayramlı Group” MMC-nin təsisçisi və direktoru Cavid Bayramlı dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olan konfransın ölkəmizdə qida və su təhlükəsizliyinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib və tədbirin işinə uğurlar arzulayıb. O qeyd edib ki, “Bayramlı Group” Azərbaycan, Türkiyə, Gürcüstan, Orta Asiya və Ərəb ölkələrində molekulyar bioloji laboratoriyalarının qurulması, layihələndirilməsi və təchizatını həyata keçirir. Şirkət dövlət-özəl işbirliyi çərçivəsində bir sıra qurumlarla, o cümlədən BDU ilə uğurlu layihələr həyata keçirir.

            Konfransın elmi sessiyasında “AnalitykJena“ şirkətinin regional meneceri Marina Muxinanın “AnalitykJena - analitik avadanlıqlar sahəsində innovativ inkişafın lideri”, “Fasiləsiz spektr mənbəyi ilə atom absorbsiyası: ContrAA seriyasının atom absorbsiya spektrometrləri. Bərk nümunələrin eyni vaxtda fon korreksiyası və təhlili”, “Bayramlı Group”un analitik avadanlıqlar üzrə mütəxəssisi Aynur Ömərlinin “Atom absorbsiya üsulu ilə laboratoriya analizlərinin həlləri (NovAA800, Zeenit)”, “AnalitykJena“ şirkətinin əməkdaşı Oliver Büttelin “Əsas komponentlərin ICP-MS və ICP-OES fonunda ultra-iz konsentrasiyalarının təhlili üçün yüksək ayırdetmə qabiliyyətinə malik optik emissiya spektroskopiyası” adlı məruzələri dinlənilib.

            Konfransda atom absorbsiya spektroskopiyası, ICP-MS və TOC/TN analizləri kimi metodların tətbiqi, qida keyfiyyətinə nəzarət, tullantıların idarə olunması və ekoloji problemlərin həlli kimi sahələrdə innovativ yanaşmalar müzakirə olunur. Konfrans elmi məruzələrlə davam edir.

            BDU-da “Qida və su təhlükəsizliyinin təkmilləşdirilməsində müasir avadanlıq və metodların tətbiqi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Qida və su təhlükəsizliyinin təkmilləşdirilməsində müasir avadanlıq və metodların tətbiqi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Qida və su təhlükəsizliyinin təkmilləşdirilməsində müasir avadanlıq və metodların tətbiqi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Qida və su təhlükəsizliyinin təkmilləşdirilməsində müasir avadanlıq və metodların tətbiqi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir
            ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025