BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı Respublika elmi konfransı keçirilib

            BDU-da “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı Respublika elmi konfransı keçirilib

            ELM 17 May 2024 15:50

            BDU-da “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı Respublika elmi konfransı keçirilib

            Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda Respublika elmi konfransı keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            Konfransın açılışında çıxış edən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Fərda İmanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərdən sonra Qarabağa və Şərqi Zəngəzura böyük qayıdış başlayıb. Bu tarixi qayıdış əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışı da şərtləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər bu tarixi qayıdışla bağlı xalqımızda böyük inam və yüksək əhval-ruhiyyə yaradıb. Müasir Azərbaycan dövlətinin banisi və memarı Ulu Öndər Heydər Əliyev də dəfələrlə çıxışlarında, qaçqın və məcburi köçkünlərlə görüşlərində Qarabağla yanaşı, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışla bağlı qətiyyətli mövqeyini ifadə edib. Qərbi Azərbaycan İcmasının fəaliyyətindən bəhs edən natiq vurğulayıb ki, İcma bu istiqamətdə ardıcıl səylərini davam etdirir, xaricdə və ölkəmizdə silsilə tədbirlər keçirilir, fundamental kitablar çap olunur: “Bütün bunlar elm və təhsil müəssisələrinin də qarşısında bir sıra mühüm vəzifələr qoyur. Bakı Dövlət Universiteti bu mövzuda elmi araşdırmaların aparılmasını, tədqiqat işlərinin yazılmasını özünün prioritet vəzifələrindən biri hesab edir. Bu məqsədlərin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi üçün BDU-nun nəzdində Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb”.

            Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu sahədə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi İcmanın qarşısında mühüm vəzifələr qoyub. İcma Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atır. Qərbi Azərbaycanda kitab nəşri, kitabxana mədəniyyəti haqqında geniş məruzə edən natiq konfransın mövzusunun aktuallığını vurğulayıb.

            Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Urud, Milli Məclisin deputatı Naqif Həmzəyev, BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Almaz Ülvi çıxış edərək "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın əhəmiyyətindən danışıb, konfransda müzakirə edilən mövzuları bölgənin etnik, mədəni, ictimai mühitinin öyrənilməsi baxımından yüksək qiymətləndiriblər.

            Tədbirdə BDU-nun  Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov “Qərbi Azərbaycanda kitabxana mühiti – deportasiyaya qədərki dövr” mövzusunda plenar məruzə ilə çıxış edib.

            Qeyd edək ki, Respublika konfransı öz işini “Qərbi Azərbaycan kitabxana-informasiya resurslarında”, “Qərbi Azərbaycana aid nəşrlər” və “Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri” adlı bölmə iclasları ilə davam etdirib. Konfransda ümumilikdə 30-dan çox məruzə dinlənilib.

            BDU-da “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı Respublika elmi konfransı keçirilib
            BDU-da “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı Respublika elmi konfransı keçirilib
            BDU-da “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı Respublika elmi konfransı keçirilib
            BDU-da “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı Respublika elmi konfransı keçirilib
            BDU-da “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı Respublika elmi konfransı keçirilib
            BDU-da “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı Respublika elmi konfransı keçirilib
            BDU-da “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı Respublika elmi konfransı keçirilib
            BDU-da “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı Respublika elmi konfransı keçirilib
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025