BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da "Qardaşlıq" adlı konsert proqramı

            BDU-da "Qardaşlıq" adlı konsert proqramı

            SOSİAL 21 May 2025 15:53

            BDU-da "Qardaşlıq" adlı konsert proqramı

            Bakı Dövlət Universitetində (BDU) "BDU könüllüləri" təşkilatının təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" və 19 may - Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş "Qardaşlıq" adlı konsert proqramı keçirilib.

            BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasının dövlətçilik tariximiz və hüquqi şüurun inkişafı baxımından əhəmiyyətli olduğunu deyib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında oynadığı müstəsna roldan, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, regionda Qarabağ zəfəri ilə formalaşan yeni reallıqlardan söz açıb. Şahin Pənahov Azərbaycan və Türkiyə arasında mövcud olan bağların dərin tarixi köklərə əsaslandığını, bu əlaqələrin ortaq dil, din və mədəni irs üzərində formalaşdığını bildirib: “Bu gün BDU-nun türkiyəli tələbələrinin hazırladığı konsert proqramı birliyimizin nümunəsidir”.

            BDU-nun türkiyəli tələbələri adından çıxış edən Muhammed Nazım Köylü Atatürkü Anma, Gənclik və İdman Bayramının yalnız tarixi bir hadisəni yad etməklə kifayətlənmədiyini, gənclərin gələcəyinə istiqamət verən və onların cəmiyyətdəki rolunu xatırladan simvolik bir gün olduğunu bildirib.

            Sonra BDU-da təhsil alan azərbaycanlı və türk tələbələrin iştirakı ilə hazırlanmış konsert proqramı başlayıb. Proqramda "Çırpınırdı Qara dəniz", "Yaşa, mənim xalqım", "Xudayar təsnifi", rəqslər ifa olunub, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

            BDU-da "Qardaşlıq" adlı konsert proqramı
            BDU-da "Qardaşlıq" adlı konsert proqramı
            BDU-da "Qardaşlıq" adlı konsert proqramı
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025