BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

            BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

            ELM 24 Oktyabr 2025 17:50

            BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

            Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə BDU-nun professoru, görkəmli alim və ictimai-siyasi xadim Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş “Səfyar Musayevin ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti” mövzusunda Respublika elmi konfransı keçirilib.

            Konfransda açılış nitqi çıxış edən BDU-nun rektoru Elçin Babayev professor Səfyar Musayevin Azərbaycan tarix elminin inkişafında mühüm rol oynayan görkəmli alimlərdən biri olduğunu bildirib. Qeyd edib ki, o, uzun illər ərzində elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, pedaqoji sahədə də fədakarlıq göstərib, Universitetdə tarix elminin sistemli şəkildə tədris olunmasına və inkişafına böyük zəhmət sərf edib: “Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1953-cü ildə BDU-nun Tarix fakültəsinə qəbul olan Səfyar Musayev Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Basarkeçər rayonunda orta məktəb müəllimi işləyib. 1959-cu ilin sonlarında Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin tövsiyəsi ilə Vilnüs şəhərindəki Dövlət Təhlükəsizliyi Məktəbinə göndərilib və orada 2 illik kursu müvəffəqiyyətlə bitirib. Vətənə geri döndükdən sonra 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin aspirantura pilləsinə qəbul olunub. 1965-ci ildə namizədlik, 1979-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1979-cu ildə tarix elmləri doktoru elmi dərəcəsi, 1981-ci ildə isə professor elmi adı alıb. 1966-cı ildən BDU-nun Sovet İttifaqı Kommunist Partiyası tarixi kafedrasında müəllim, dosent, kafedranın professoru və 1986-cı ildən isə Siyasi tarix kafedrasının müdiri vəzifəsində çalışıb.  Onun rəhbərliyi ilə 25 nəfər namizədlik, 5 nəfər isə doktorluq dissertasiyası müdafiə edib. Səfyar Musayevin elmi tədqiqatları təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınır”.

            Səfyar Musayevin respublikanın siyasi həyatında baş verən proseslərdən heç vaxt kənarda qalmadığını deyən rektor Elçin Babayev professorun hər zaman yüksək vətəndaş mövqeyi nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasında və təşəkkül tapmasında fəal iştirak etdiyini vurğulayıb: “1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə deputat seçilən Səfyar Musayev ölkəmizdə insan hüquqlarının qorunmasına, hüquqi dövlətin yaradılmasına və müvafiq qanunvericilik aktlarının hazırlanması işlərində xidmətlər göstərib. Bütün ömrünü Ümummilli Lider Heydər Əliyev ideyalarına sədaqətli xidmətlə keçirən istedadlı alim, vətənpərvər insan Səfyar Musayevin əziz xatirəsi daim yaşayacaq”.

            BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin vurğunu, ictimai-siyasi xadim, istedadlı alim”, YAP Veteranlar Şurasının sədri, İdarə Heyətinin üzvü Arif Rəhimzadə ““91-lər”in qurucularından biri”, QAİ-nin sədri Əziz Ələkbərli “Qərbi Azərbaycanın görkəmli ziyalısı, el təəssübkeşi”, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Səfyar Musayev xatirələrdə”, Milli Məclisin üzvləri Tamam Cəfərova “Əziz elmi rəhbərim”,  Arzuxan Əlizadə “Əqidəli alim”, BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev “Səfyar Musayevin vətəndaş mövqeyi” mövzuları üzrə məruzələrlə çıxış ediblər. Məruzələrdə Səfyar Musayevin ölkənin ictimai-siyasi, elmi-pedaqoji həyatında xidmətləri vurğulanıb. Qeyd olunub ki, Səfyar Musayev Ümummilli Lider Heydər Əliyevin ən yaxın tərəfdaşlarından, Yeni Azərbaycan Partiyasının qurucularından, məşhur “91”lərdən biri idi. Səfyar Musayevi bir alim, pedaqoq, ictimai-siyasi xadim kimi xalqa sevdirən onun elmi-tədris fəaliyyəti ilə yanaşı, vətənpərvərliyi, milli ləyaqəti olub.

            Professor Səfyar Musayevin oğlu Vüqar Musayev tədbirin təşkilinə görə təşəkkür edib, görkəmli alim və ictimai-siyasi xadimin ömür yolunun gənclər üçün nümunə olduğunu bildirib.

            BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
            BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
            BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
            BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
            BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
            BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
            BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
            BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
            BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
            BDU-da professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025