BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Postmüharibə dövründə sosial işin verə biləcəyi töhfələr” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb

            BDU-da “Postmüharibə dövründə sosial işin verə biləcəyi töhfələr” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb

            16 Noyabr 2021 13:18

            BDU-da “Postmüharibə dövründə sosial işin verə biləcəyi töhfələr” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb

            Bu gün Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi və “Azərbaycan Sosial İş” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Postmüharibə dövründə sosial işin verə biləcəyi töhfələr” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb.

            Konfransın plenar iclasında BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxış edərək Müzəffər Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra qalib  dövlətimiz regionda əbədi sülhü bərqərar etmək üçün səylərini uğurla davam etdirir. Özünün konstruktiv, ədalətli mövqeyini müxtəlif formatlı danışıqlar masasında və diplomatik gedişlərdə ən yüksək səviyyədə ifadə edir.

            Daha sonra prorektor bildirib ki, artıq tarixə çevrilən Qarabağ münaqişəsinin baş vermə səbəbləri, müharibə və postmüharibə dövründəki proseslər, Azərbaycan dövlətinin apardığı diplomatik mübarizə və bu kimi digər məsələlər elmi araşdırmaların, tədqiqat işlərinin mövzusu kimi diqqəti cəlb edir, bu istiqamətdə ciddi elmi araşdırmaların aparılmasını qarşımıza şərt kimi qoyur. Bu mövzularda tədqiqat işlərinin aparılması, həqiqətlərin, reallıqların, hadisələrin əsl mahiyyətinin elmi müstəviyə gətirilməsi və dünya ictimaiyyətinə, xalqımıza, eləcə də gələcək nəsillərə dolğun, real faktlara, etibarlı mənbələrə söykənən məlumatlar əsasında təqdim olunması günümüzün ən vacib məsələlərindəndir.  Bu mənada ölkəmizin ən böyük universiteti kimi BDU alimlərinin üzərinə daha böyük məsuliyyət düşür. BDU-da sosial iş, sosial psixologiya ixsasları üzrə müəllim və tələbələrin, eləcə də universitetdə fəaliyyət göstərən Psixoloji Yardım Sektorunun postmüharibə dövründə müharibədən əziyyət çəkmiş hədəf qrupları ilə könüllü kimi sosial-psixoloji iş aparmaları üçün kifayət qədər geniş imkanları vardır.

            Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin “Qarabağa qayıdışın effektiv təşkili: repatriasiya potensialının qiymətləndirilməsi” üzrə Tədqiqat Qrupunun rəhbəri, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, “Qarabağa Dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyəv, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, millət vəkili  Mahir Abbaszadə, Türkiyə Sosial İşçilər Asossasiyasının İdarə Heyətinin Üzvü Ahmet Cemil Ölçer, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, Azərbaycan Sosial İş İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvü Aytəkin Hüseynli  çıxış ediblər.

            Beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib. Konfransın bölmə iclasları sabah da davam edəcək.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025