BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Nizami dünyası” kompozisiyası nümayiş olunub

            BDU-da “Nizami dünyası” kompozisiyası nümayiş olunub

            2 Avqust 2021 16:01

            BDU-da “Nizami dünyası” kompozisiyası nümayiş olunub

            Bakı Dövlət Universitetində (BDU) “ASAN Könüllüləri” Təşkilatı və “Mədəniyyət carçısı” proqramının birgə təşkilatçılığı, BDU-nun dəstəyi ilə “Nizami dünyası” kompozisiyası nümayiş olunub.  “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, qurumun aparat rəhbəri Fuad Qarayev, ASAN Könüllüləri Təşkilatının sədri Emiliya Bayramova, BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev və digər struktur bölmələrinin rəhbərləri, ASAN könüllüləri və tələbələr iştirak ediblər.

            Dahi Nizaminin “Xəmsə”si əsasında hazırlanmış kompozisiyanı ASAN  könüllüləri hazırlayıb. Kompozisiyada Nizaminin “Xəmsə”sində yer alan beş poemanın motivləri əsasında parlaq səhnələr təqdim olunur, müxtəlif rəqs nömrələri səhnələrə xüsusi rəng qatır.

            Kompozisiya nümayiş olunduqdan sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov,  BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, ASAN Könüllüləri Təşkilatının sədri Emiliya Bayramova çıxış edərək Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirlər və nümayiş olunan kompozisiya haqqında danışıblar. Ceyhun Salmanov çıxışında qeyd etmişdir ki, Nizaminin poeziyası əsrlərdən bəri öz təravətini daim saxlamış, əbədiyaşarlıq nümunəsi kimi dünya mədəniyyətinə, ədəbiyyatına ölməz incilər bəxş etmişdir. Onun xalqımızın mədəni sərvətinə çevrilən əsərləri Azərbaycanla yanaşı, dünya xalqlarının da tarixi keçmişini və adət-ənənələrini özündə əks etdirir. “ASAN Könüllüləri” Təşkilatı və “Mədəniyyət carçısı” proqramının birgə təşkilatçılığı, BDU-nun dəstəyi ilə nümayiş olunan kompozisiyanı gənclərin Nizami ilinə töhfəsi olduğunu bildirib, yaradılan şəraitə görə BDU rəhbərliyinə təşəkkür edib.

            Əliş Ağamirzəyev BDU-da “Nizami Gəncəvi İli” ilə bağlı Tədbirlər Planına müvafiq olaraq, Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində BDU-da həyata keçirilən layihələr, tədbirlər haqqında məlumat verib. Bildirib ki, “Nizami Gəncəvi İli” çərçivəsində bu günə qədər BDU-da 20-dən çox müxtəlif tədbir, konfrans, elmi seminar, dəyirmi masa və s. həyata keçirilib. Nümayiş olunan kompozisiyada rol alan tələbələri təbrik edib, onların səhnələrini yüksək qiymətləndirib.

            Tamaşanın sonunda könüllülərə sertifikatlar təqdim olunub.

            BDU-da “Nizami dünyası” kompozisiyası nümayiş olunub
            BDU-da “Nizami dünyası” kompozisiyası nümayiş olunub
            BDU-da “Nizami dünyası” kompozisiyası nümayiş olunub
            BDU-da “Nizami dünyası” kompozisiyası nümayiş olunub
            BDU-da “Nizami dünyası” kompozisiyası nümayiş olunub

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025