BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da mülkiyyət hüququna xitam verilməsi hallarına dair elmi seminar keçirilib

            BDU-da mülkiyyət hüququna xitam verilməsi hallarına dair elmi seminar keçirilib

            ELM 3 Mart 2026 14:47

            BDU-da mülkiyyət hüququna xitam verilməsi hallarına dair elmi seminar keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə 27 mart - Azərbaycan Respublikasında “Elm Günü”nə həsr olunmuş “Mülkiyyətçinin iradəsi ilə və iradəsinə zidd mülkiyyət hüququna xitam verilməsinin bəzi cəhətləri” mövzusunda elmi seminar keçirilib.

            Tədbiri giriş sözü ilə açan Mülki hüquq kafedrasının müdiri Şükür Yusifov “Elm günü” münasibətilə keçirilən elmi seminarların hüquq elminin inkişafında mühüm rol oynadığını qeyd edib. O, seminarın mövzusunun müasir mülki hüquq baxımından aktual olduğunu vurğulayaraq, mülkiyyət hüququnun xitamı ilə bağlı məsələlərin həm nəzəri, həm də praktiki əhəmiyyət daşıdığını bildirib. Şükür Yusifov bu cür elmi müzakirələrin gənc tədqiqatçıların elmi fəaliyyətinin təşviqinə və hüquqi problemlərin dərindən araşdırılmasına töhfə verdiyini diqqətə çatdırıb.

            BDU-nun Mülki hüquq kafedrasının doktorantı Nərmin Eminli məruzə ilə çıxış edib. Məruzəçi mülki hüquqda mülkiyyət hüququ institutunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu hüququn cəmiyyətin iqtisadi əsaslarının formalaşmasında və mülki dövriyyənin sabitliyinin təmin olunmasında xüsusi rol oynadığını bildirib.

            Çıxış zamanı məruzəçi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə diqqət çəkib, bu prinsipin Azərbaycan Respublikasının Konstitusiyasında birbaşa təsbit olunduğu qeyd edib. Bildirib ki, ölkənin iqtisadi rifahı və hüquqi dövlət quruculuğu birbaşa mülkiyyət hüquqlarının etibarlı müdafiəsindən asılıdır. Bu baxımdan mülkiyyət hüququna xitam verilməsinin əsasları və qaydalarının qanunvericilikdə dəqiq tənzimlənməsi mühüm əhəmiyyət daşıyır.

            Məruzədə mülkiyyət hüququna xitam verilməsinin mülkiyyətçinin iradəsi ilə baş verən halları, o cümlədən özgəninkiləşdirmə, imtina və könüllü sərəncam vermə, eləcə də mülkiyyətçinin iradəsinə zidd olaraq baş verən hallar, xüsusilə rekvizisiya, mülkiyyət obyektinin məhvi, subyektin ölümü və hüquq qabiliyyətinin xitamı Mülki Məcəllənin müvafiq normaları əsasında geniş şəkildə təhlil olunub.

            Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

            BDU-da mülkiyyət hüququna xitam verilməsi hallarına dair elmi seminar keçirilib
            BDU-da mülkiyyət hüququna xitam verilməsi hallarına dair elmi seminar keçirilib
            BDU-da mülkiyyət hüququna xitam verilməsi hallarına dair elmi seminar keçirilib
            BDU-da mülkiyyət hüququna xitam verilməsi hallarına dair elmi seminar keçirilib
            ELM

            Son XƏBƏRLƏR

            03.03.2026 | 15:21

            BDU-da “Müasir linqvistik paradiqmalar” mövzusunda elmi seminar

            03.03.2026 | 14:48

            BDU-da elmi seminar: “Azərbaycan və Koreya dillərində yönlük halın ifadə vasitələrinin müqayisəli tədqiqi”

            03.03.2026 | 13:16

            “Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında”

            03.03.2026 | 12:26

            BDU tələbələri ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət ediblər

            03.03.2026 | 11:39

            BDU tələbəsi kapoeyra üzrə ölkə kubokunun qalibi olub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025