BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Müasir universitet kitabxanası modeli” mövzusunda müzakirələr aparılıb

            BDU-da “Müasir universitet kitabxanası modeli” mövzusunda müzakirələr aparılıb

            ELM 9 Aprel 2024 14:48

            BDU-da “Müasir universitet kitabxanası modeli” mövzusunda müzakirələr aparılıb

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Müasir universitet kitabxanası modeli” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşov mövzu ilə bağlı məruzə edib.
            Məruzədə əvvəlcə sahənin hüquqi bazası şərh edilib. “Kitabxana işi haqqında” Azəbaycan Respublikasının Qanunu, Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi, Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyasının (İFLA) qəbul etdiyi normativ xarakterli sənədlər barədə məlumat verilib. “Kitabxana işi haqqında” Azəbaycan Respublikasının Qanununa əsasən kitabxanaların elm, təhsil, tərbiyə, mədəniyyət, informasiya funksiyalarını yerinə yetirən sosial institut kimi təsbit olunduğunu diqqətə çatdıran məruzəçi müasir universitet kitabxanasını bütün bu funksiyaları həyata keçirən qurum kimi səciyyələndirib. Akademik kitabxanaların prioritetləri barədə danışan məruzəçi modern kitabxana infrastrukturu, hibrid kitabxana, kitabxana  və rəqəmsal mühit, sərhədsiz kitabxana, qlobal kitabxana və s. kimi mühüm anlayışları şərh edib: “Müasir universitet kitabxanası ilk növbədə tədqiqat kitabxanası funksiyasını yerinə yetirir. Ona görə də universitet kitabxanalarının müasir modelə uyğun inkişaf və transformasiyasının əsas istiqamətlərini müəyyənləşdirmək elm və təhsilin informasiya təminatında əsas tendensiya hesab olunur. Bu baxımdan ali təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətinin modelləşdirilməsi məqsədilə prioritet istiqamətləri müəyyənləşdirmək və strateji əsasların davamlı planlaşdırılmasını təmin etmək vacibdir”.
            Məruzədə ali məktəb kitabxanalarının informasiya resurslarının modelləşdirilməsi sahəsində beynəlxalq təcrübə barədə geniş məlumat verilib, ölkəmizdə bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs olunub. Müasir universitet kitabxanasının strukturu, potensialı və hədəfləri elmi cəhətdən təhlil olunub, akademik mühitin təşviqi baxımından rəqəmsal resursların əhəmiyyəti vurğulanıb.  
            Rəşad Qardaşovun məruzəsi ətrafında geniş müzakirələr aparılıb. BDU-nun Elmi Kitabxanasının direktoru, dosent Nigar İsmayılova, Azərbaycan Texniki Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva, BDU-nun kafedra müdirləri Elçin Əhmədov, Knyaz Aslan məruzə ilə bağlı fikirlərini bildiriblər.

             

            BDU-da “Müasir universitet kitabxanası modeli” mövzusunda müzakirələr aparılıb
            BDU-da “Müasir universitet kitabxanası modeli” mövzusunda müzakirələr aparılıb
            BDU-da “Müasir universitet kitabxanası modeli” mövzusunda müzakirələr aparılıb
            BDU-da “Müasir universitet kitabxanası modeli” mövzusunda müzakirələr aparılıb
            BDU-da “Müasir universitet kitabxanası modeli” mövzusunda müzakirələr aparılıb
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025