BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            18 Aprel 2023 17:44

            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir.

            Konfransın açılışından əvvəl BDU kollektivi II Fəxri xiyabanı ziyarət edib. Görkəmli yazıçının məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

            Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, görkəmli yazıçı, ədəbiyyatşünas alim, unudulmaz pedaqoq Mir Cəlal Paşayev milli ədəbiyyatımızda özünəxas yer tutur. Mir Cəlalın zəngin və çoxşaxəli fəaliyyəti nəinki öz dövründə, həm də gələcək zamanlar üçün bir örnəyə çevrilib. Böyük pedaqoq və alimin qələmindən çıxan onlarla elmi məqalə, publisistik-tənqidi yazı, onun bədii təfəkkürünün məhsulu olan hekayə və irihəcmli əsərlər bu gün də öz dəyərini və aktuallığını qoruyub saxlayır. Mir Cəlalın həqiqətə və milli düşüncəyə, milli özünüdərkə söykənən hər bir yazısı əbədi yaşamaq haqqı qazanıb. Böyük vətənpərvər yazıçı elmi yaradıcılığında da millilik və azərbaycançılıq amilini həmişə uca tutub, xalqın milli dəyərlərinin unutdurulduğu bir zamanda böyük Azərbaycan şairi Füzulidən və onun ana dilində yaratdığı əsərlərinin poetik qüdrətindən bəhs edib. Yazıçı insan xarakterləri, eləcə də xalqına ləyaqətlə xidmət etməyə çalışan milli duyğulu, sədaqətli insan obrazları yaratmağa müvəffəq olub, dövrün mənzərəsini ustalıqla əks etdirib. O, yüzlərlə gəncin, tələbənin, gənc tədqiqatçının arxa-dayağı, simsarı kimi bu gün də sevgi ilə xatırlanır, yaddaşlarda işıqlı bir şəxsiyyət, bir müəllim kimi yaşayır.

            Rektor bildirib ki, Mir Cəlal Paşayev ömrünü nadir istedadı və insanlığı ilə bəşəriyyətə, Azərbaycan milli mədəniyyətinə, ədəbiyyatına, xalqına xidmətə həsr edib. Onun çoxşaxəli, zəngin bədii yaradıcılığı milli nəsrimizin ən parlaq nümunələrindəndir. Onun pedaqoji fəaliyyətinin xüsusiyyətləri Azərbaycan maarifçiliyinin ən dəyərli, qiymətli tarixi faktlarındandır. O, özünün elmi məktəbini yaratmış nadir alimlərimizdən, ədəbiyyatşünaslarımızdandır: “Böyük ədib ömrü boyu pedaqoji fəaliyyətindən uzaqlaşmayıb. Böyük fəxrdir ki, Mir Cəlal müəllim uzun müddət BDU-nun Filologiya fakültəsində çalışıb, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olub, məhz burada özünün elmi məktəbini yaradıb. Mir Cəlal müəllim yorulmaz, zəhmətkeş, fövqəladə biliyə və təfəkkürə sahib, istedadlı bir şəxsiyyət olmaqla bərabər, həm də olduqca məğrur, əyilməz, sadə, təvazökar, hamını sevməyi bacaran, istedadlılara xüsusi qayğı bəsləyən, humanist, fədakar bir insan, yazıçı, alim, pedaqoq kimi hələ sağlığında böyük hörmət qazanmışdı. BDU-nun sevimli və unudulmaz müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir". İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur”.

            Tədbirdə Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

            Daha sonra BDU-nun Mir Cəlal Paşayev adına məqsədli təqaüdünün qalibi elan edilib. Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs tələbəsi Nuridə İsmayılova təhsildəki uğurlarına görə bu mükafata layiq görülüb.

            Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli isə qeyd edib ki, Mir Cəlal Cəlil Məmmədquluzadədən sonra Azərbaycan klassik hekayə janrının çox böyük ustadıdır. Mir Cəlalın "Dirilən adam" romanı isə Azərbaycanda psixoloji romanın ilk böyük nümunəsidir. "Bir gəncin manifesti"ni Azərbaycan ədəbiyyatının şedevri adlandıran AMEA prezidenti vurğulayıb ki, Mir Cəlal həmişə insana, onun mənəvi aləminə sadiq yazıçı olub. Mir Cəlal ustad müəllim kimi Azərbaycan maarifçiliyinə öz möhürünü vurub.

            Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, BDU-nun Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri Ədibə Paşayeva, Milli Aviasiya Akademiyasının kafedra müdiri, Xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin üzvü, BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda XX əsr ədəbiyyatı şöbəsinin müdiri Şirindil Alışanlı, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Məti Bayramlı çıxışlarında Mir Cəlalın Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yerinu vurğulayıb, zəngin insani keyfiyyətlərindən söz açıblar.

            Konfrans öz işini bölmə iclasları ilə davam etdirir. Bölmə iclasları “Mir Cəlal fenomeni”, “Mir Cəlalın ədəbiyyatşünaslıq görüşləri”, “Mir Cəlalın bədii yaradıcılığı: ideya-məzmun istiqamətləri, mövzu və janr xüsusiyyətləri”, “Mir Cəlal əsərlərinin dili”, “Mir Cəlal gənc tədqiqatçıların gözü ilə” mövzularına həsr olunub.

            Konfrans aprelin 19-da Gəncə və Qazax şəhərlərində davam edəcək. BDU-nun tələbələri arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin qalibləri Gəncədə görkəmli yazıçının ev-muzeyində elan və təltif olunacaqlar. Onun adını daşıyan Gəncə şəhər 39 nömrəli orta məktəbdə, daha sonra Qazax Müəllimlər Seminariyasında tədbirlər keçiriləcək.

            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025