BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Milli Qurtuluş Günü qeyd olunub

            BDU-da Milli Qurtuluş Günü qeyd olunub

            SOSİAL 11 İyun 2026 14:20

            BDU-da Milli Qurtuluş Günü qeyd olunub

            Bakı Dövlət Universitetində (BDU) 15 iyun – Milli Qurtuluş Gününün 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

            Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Milli Qurtuluş Gününün xalqımız üçün dövlətçiliyimizin qorunmasının, müstəqilliyimizin xilasının və müasir Azərbaycanın inkişaf yolunun əsasının qoyulmasını təcəssüm etdirən taleyüklü bir gün olduğunu bildirib. O qeyd edib ki, Milli Qurtuluş Günü dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edilməsinin rəmzi, milli birliyin və xalq-lider həmrəyliyinin təcəssümü, sabitlik, təhlükəsizlik və inkişaf dövrünün başlanğıcıdır: “XX əsrin sonlarında xalqımızın xilası, milli dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi kimi taleyüklü missiyanı Ümummilli Lider Heydər Əliyev son dərəcə mürəkkəb, ziddiyyətli və ağır şəraitdə böyük peşəkarlıq və siyasi uzaqgörənliklə həyata keçirib. Həmin dövrün reallıqlarını, dövlətçiliyimizin hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını nəzərə aldıqda, Azərbaycanın milli qurtuluş mübarizəsinin nə qədər çətin mərhələlərdən keçdiyini, Ulu Öndərin xilaskarlıq missiyasının isə müstəsna tarixi əhəmiyyət daşıdığını bir daha aydın şəkildə görürük. Bütün həyatını doğma xalqının rifahına və xoşbəxtliyinə həsr etmiş Ulu Öndər Heydər Əliyev hələ XX əsrin 70-ci illərindən, Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən etibarən sovet hakimiyyətinin təzyiq və məhdudiyyətlərinə baxmayaraq, dövlətimizin gələcək müstəqilliyinə və xalqımızın milli dirçəlişinə aparan yolun əsaslarını formalaşdırıb, milli özünüdərk və azadlıq ideyalarını cəmiyyətin şüurunda möhkəmləndirib. Təəssüf ki, 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyət uğrunda mübarizə kəskin xarakter almışdı. 1993-cü ilin iyun ayında ölkədəki siyasi böhran isə özünün ən yüksək həddinə çatmışdı. Bu ağır vəziyyətdən Azərbaycanı yalnız Ulu Öndər Heydər Əliyevin xilas edə biləcəyinə ümumxalq inamı formalaşmışdı. Xalqın təkidli çağırışına cavab verən Heydər Əliyev həmin mürəkkəb günlərdə yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizin tarixində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Xalqın iradəsi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin tarixi iclasda etdiyi proqram xarakterli çıxışında dövlətimizin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi, xalqımızın qarşısında duran əsas hədəfləri və inkişaf yolunu aydın şəkildə bəyan etdi. Bu tarixi dönüş nöqtəsi cəmiyyətə itirilmiş inamı qaytardı”.

            Rektor bildirib ki, bununla da ölkəni bürümüş və xarici qüvvələrin təsiri ilə dərinləşən vətəndaş qarşıdurmasına və dövlət çevrilişi cəhdlərinə qəti şəkildə son qoyuldu. Dövlətimizin parçalanmaq təhlükəsi aradan qaldırıldı. Sabitlik və əmin-amanlıq tədricən bərpa edildi. Məhz bunun nəticəsində ölkəyə iri həcmli xarici sərmayələr cəlb olundu, Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi, dövlətimizin haqlı mövqeyini dəstəkləyən dost və tərəfdaş ölkələrin sayı artdı. Bu gün Azərbaycanda əldə olunan elmi nailiyyətlər, beynəlxalq səviyyədə uğur qazanan gənclərimiz, müasir universitetlərimiz və təhsil infrastrukturumuz məhz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun nəticəsidir. Dahi şəxsiyyətin xalqımıza ən böyük töhfələrindən biri də həmin siyasi kursu gələcəkdə uğurla davam etdirəcək layiqli siyasi varisi yetişdirməsi oldu: “2003-cü ildən etibarən Azərbaycana uğurla rəhbərlik edən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf və qurtuluş konsepsiyasını ardıcıl şəkildə həyata keçirib,  ölkəmizin hərtərəfli inkişafını və vətəndaşlarımızın rifahını təmin edib. Ulu Öndərin arzuları, strateji planları və tarixi torpaqlarımızın azadlığı ilə bağlı müqəddəs vəsiyyəti Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və uzaqgörənliyi sayəsində gerçəkləşib. Əgər 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xaosdan, özbaşınalıqdan, vətəndaş müharibəsi təhlükəsindən və dövlətçiliyimizin məhv olmaq riskindən xilas olmuşdusa, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlanan Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi, bir günlük lokal antiterror əməliyyatları ilə ərazi bütövlüyümüz, suverenliyimiz bərpa edildi. Bununla da Heydər Əliyevin 15 iyun 1993-cü ildə əsasını qoyduğu milli qurtuluş yolu şanlı Zəfərlə öz məntiqi yekununa çatdı və ölkəmizin tarixində yeni mərhələ başlandı. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünü, xalqımızın birliyini və Prezident İlham Əliyevin siyasi iradəsini bütün dünyaya nümayiş etdirir. Bu uğurlar həm də Azərbaycanın üzləşdiyi ən ağır sınaqlardan qalib çıxaraq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı qarşıdakı illərdə daha böyük uğurlar, davamlı inkişaf və yeni nailiyyətlər gözləyir”.

            Milli Məclisin üzvü Sevil Mikayılova, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov çıxışlarında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayıb, ölkənin iqtisadi, siyasi, sosial, mədəni inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd ediblər. Bildirilib ki, qüdrətli Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu Vətənə xidmətin parlaq nümunəsidir.

            Sonda Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə: 15 iyun – Milli Qurtuluş Günü” sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.

            BDU-da Milli Qurtuluş Günü qeyd olunub
            BDU-da Milli Qurtuluş Günü qeyd olunub
            BDU-da Milli Qurtuluş Günü qeyd olunub
            BDU-da Milli Qurtuluş Günü qeyd olunub
            BDU-da Milli Qurtuluş Günü qeyd olunub
            BDU-da Milli Qurtuluş Günü qeyd olunub
            SOSİAL

            Son XƏBƏRLƏR

            11.06.2026 | 14:16

            Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

            11.06.2026 | 12:14

            BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

            11.06.2026 | 09:24

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

            10.06.2026 | 14:17

            BDU tələbələri futzal üzrə Azərbaycan Tələbə Liqasında uğur qazanıblar

            10.06.2026 | 12:34

            Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025