BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Məzun Günü

            BDU-da Məzun Günü

            30 İyun 2021 15:57

            BDU-da Məzun Günü

            2021-ci il 29 iyun tarixində Bakı Dövlət Universitetində (BDU) “Məzun günü” tədbiri keçirilib. Tədbir məhdud sayda məzunun iştirakı ilə açıq havada karantin rejiminin qaydalarına ciddi riayət olunmaqla təşkil olunub.

            Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Bayrağını BDU-nun Tarix fakültəsinin məzunu, Vətən Müharibəsi iştirakçısı Nəzər Əlizadə və BDU-nun bayrağını Universitetin məzunu, dünya çempionu və 2 qat Avropa çempionu Rövşən Bayramov qaldırıblar.  Dövlət Himnini C.Naxşıvanski adına Hərbi lisüyin orkestri səsləndirib.

            BDU-nun rektoru Elçin Babayev tədbirdə çıxış edərək bu il BDU-dan məzun olan 5963 tələbənin hər birini təbrik edib. E.Babayev ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, Bakı Dövlət Universitetinin əldə etdiyi nailiyyətlərdən danışıb.  30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə Böyük Qələbənin qazanılmasında gənclərin rolundan bəhs edib, Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın, o cümlədən BDU-nun 18 şəhid məzununun daima xatirəsinin əziz tutulduğunu bildirib. Gənclərə öz tövsiyələrini verən rektor bildirib ki, builki məzunlar xoşbəxtdirlər ki, onlar Zəfər ilinin məzunlarıdırlar. Həmişə öz dövlətləri, xalqı və qəhrəmanları ilə qürur duymalıdırlar və əmini ki, Vətənə layiqli övlad kimi fəaliyyət göstərəcəkdirlər.

            Elçin Babayev çıxışında qeyd  edib ki, 102 illik tarixi olan Bakı Dövlət Universiteti təkcə Azərbaycanda deyil, bütün Müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik yüzlərlə tarixi şəxsiyyətlər yetişdirdirib. Siz məzunların da bacarıqlı bir mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacağınıza, fəaliyyətinizdə dövlətçilik prinsiplərini əsas tutacağınıza inanıram. BDU-ya tələbə kimi qəbul olunduğunuz gündən bəri biz - müəllimləriniz biliklərinizin atrırılması, potensialının üzə çıxarılması, dünyagörüşünüzün inkişaf etdirməsi yönündə əlindən gələni etməyə çalışıb. Siz gənclərin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında iştirakının təmin edilməsi günümüzün vacib məsələlərindən biridir. Biz çox sevinirik ki, siz Bakı Dövlət Universitetinin missiyasını anlayır, ona dəyər verirsiniz.

            Daha sonra tədbirdə Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin üzvü Elnur Allahverdiyev çıxış edərək məzunları təbrik ediblər.

            BDU-nun professor-müəllim heyəti adından Milli Məclisin üzvü,  BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Universitetin gənc müəllimləri adından Geologiya fakültəsinin müəllimi Ələkbər Mirzəyev, məzunlar adından Hüquq fakültəsindən məzun olan Şərqiyyə Məmmədova, məzun valideynləri adından  Filologiya fakültəsinin məzunu Yaqut Abdiyevanın atası Qabil Abdiyev çıxış edərək məzunlara uğurlu yol arzulayıblar.

            Tədbirə BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı musiqi nömrələri, rəqs və kompozisiyalar rəng qatıb. “Qarabağ Azərbaycandır” qum kompozisiyası (Lalə Hüseynzadənin təqdimatında), “Qarabağ” və “Azərbaycan naxışları” kompozisiyaları və s. rəqs və musiqi nömrələri təqdim olunub. Xalq artisti samir Cəfərov, əməkdar artist Nuriyyə Hüseynova, xalq artisti Gülyanaq Məmmədova, Çilənay Hüseynova, Aygün Məmmədova məzunlara öz musiqi töhfələrini veriblər.

            Sonra universitet üzrə ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) olan məzunlar - Bakalvr səviyyəsi üzrə Hüquq fakültəsinin tələbəsi Əliyeva Nəzrin Əmir qızı (ÜOMG=99,26), magistratura səviyyəsi üzrə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Tağıyeva Turana Mahmud qızı (ÜOMG = 99,98) BDU-nun rektoru ilə birgə BDU-nun xatirə lövhəsinə öz adlarını həkk ediblər. Fakültələr üzrə bakalavr və magistratura səviyyələri üzrə ən yüksək ÜOMG göstəricisi əldə etmiş məzunlara hədiyyələr təqdim edilmişdir.

            Tədbir BDU-nun himninin səsələndirilməsi ilə başa çatmışdır.

            BDU-da Məzun Günü
            BDU-da Məzun Günü
            BDU-da Məzun Günü
            BDU-da Məzun Günü

            Son XƏBƏRLƏR

            01.09.2026 | 17:10

            İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            01.09.2026 | 16:56

            BDU tələbələrinin nəzərinə!

            01.09.2026 | 16:55

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb

            01.09.2026 | 13:34

            BDU məzunlarının MİQ imtahanlarında uğur göstəricisi artıb

            01.09.2026 | 12:27

            BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025