BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi qeyd olunub

            BDU-da Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi qeyd olunub

            ELM 14 Aprel 2025 16:16

            BDU-da Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi qeyd olunub

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Ayşən Bağırzadə “AMEA Mərkəzi Elmi Kitabxanasının elektron resursları” mövzusunda məruzə edib.

            Gənc tədqiqatçı AMEA MEK-in yaranma şəraiti və tarixi barədə məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, qurum 1925-ci ildə “Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti”nin nəzdində fəaliyyətə başlayıb. Məruzədə kitabxananın formalaşma və inkişaf mərhələləri xronoloji baxımdan izlənilib. Ölkə başçısı İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən kitabxananın yeni, müasir binasının tikildiyini vurğulayan tədqiqatçı qeyd edib ki, hazırda kitabxana ən müasir avadanlıqlarla təchiz olunub, ötən dövr ərzində qurumun kadr potensialı inkişaf etdirilib.

            Son dövrlər Mərkəzi Elmi Kitabxananın elektron resurslarının təkmilləşdirildiyindən bəhs edən məruzəçi 2024-cü ilin sentyabrında “AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat keçirildiyini, bu istiqamətdə yeni hədəflərin müəyyən edildiyini diqqətə çatdırıb: “Kitabxananın müvafiq şöbələri tərəfindən elektron kitabxanaya daxil edilən resursların sayı davamlı olaraq artırılır. Burada kitablar, jurnallar, avtoreferatlar, kitabxananın öz nəşrləri və digər biblioqrafiyalar, nadir kitablar yer alır”. Araşdırmada müəssisənin “Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi” şöbəsinin fəaliyyəti xüsusi təhlil olunub. Qeyd edilib ki, şöbə kitabxana-informasiya xidmətinin modernləşdirilməsi, informasiya təminatının optimallaşdırılması, zaman və məkan məhdudiyyəti olmadan uzaq məsafədən elektron informasiya xidmətinin göstərilməsi istiqamətlərində fəaliyyət göstərir: “Kitabxananın “Reproqrafiya” şöbəsi isə bədii, elmi, fəlsəfi kitabların, klassik ədəbiyyat nümunələrinin, qəzet, jurnal məqalələrinin elektron formata salınması, xüsusi proqramda konvertasiya edilməsi, bir formatda elektron bazaya daxil edilərək oxucuların istifadəsinə verilməsi işini həyata keçirir”.

            Məruzədə kitabxananın elektron resuslarının inkişaf dinamikası qrafik şəklində təqdim edilib, müqayisəli təhlillər aparılıb, kitabxanada keçirilən e-sərgilər və e-layihələr barədə məlumat verilib, beynəlxalq bazalardan, nüfuzlu elmi resurslardan istifadə imkanları öyrənilib.

            Tədbirdə iştirak edən AMEA MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov rəhbərlik etdiyi qurumun fəaliyyətinə verilən qiymətə görə seminar iştirakçılarına və məruzəçiyə təşəkkürünü bildirib. Mərkəzi Elmi Kitabxana ilə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi arasında müxtəlif platformalarda, o cümlədən kitabxana əməkdaşlarının fakültədə tədrisə cəlb edilməsi, tələbələrə kitabxanada təcrübə keçmək imkanlarının yaradılması, birgə konfransların, ustad dərslərinin və elmi seminarların təşkili istiqmətlərində əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb.

            Elmi seminar müzakirələrlə davam edib.

             

            BDU-da Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi qeyd olunub
            BDU-da Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi qeyd olunub
            BDU-da Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi qeyd olunub
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025