BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da mədəni irsin qorunmasında rəqəmsallaşmanın roluna dair tədqiqatlar aparılır

            BDU-da mədəni irsin qorunmasında rəqəmsallaşmanın roluna dair tədqiqatlar aparılır

            ELM 8 Oktyabr 2026 12:44

            BDU-da mədəni irsin qorunmasında rəqəmsallaşmanın roluna dair tədqiqatlar aparılır

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Mədəni irs və rəqəmsal informasiya mühiti” mövzusunda elmi seminar keçirilib. BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov mövzu ilə bağlı məruzə ilə çıxış edib.

            Məruzəçi Ümummilli Lider Heydər Əliyevin mədəni irsimizin mühafizəsi və inkişafındakı müstəsna xidmətlərini vurğulayaraq, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəni irs nümunələrinin bərpası və milli sərvətlərimizin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm tədbirlər görülür. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunmasına və yaşadılmasına misilsiz töhfələr verdiyi diqqətə çatdırılıb.

            Bakı Dövlət Universitetinin bu istiqamətdə fəaliyyətindən bəhs edən natiq vurğulayıb ki, sahənin fundamental tədqiqi məqsədilə ötən il BDU-da Mədəni İrsi Araşdırmalar Mərkəzi yaradılıb. Mərkəzin yaradılması Azərbaycanın mədəni irsi ilə bağlı elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi və elmi-kütləvi məqalələrin hazırlanması, bu istiqamətdə araşdırmaların sistemli xarakter alması baxımından mühüm əhəmiyyət kəsb edir.

            Məruzədə mədəni irsin qorunması, mühafizəsi, rəqəmsallaşdırılması və gələcək nəsillərə ötürülməsi məsələləri, müasir informasiya-kommunikasiya texnologiyalarının bu sahədə yaratdığı yeni imkanlar geniş müzakirə olunub. Vurğulanıb ki, rəqəmsallaşdırma mədəni irsin qorunmasının müasir və perspektivli istiqamətlərindən biridir. Əlyazmaların, nadir kitabların, arxiv sənədlərinin, muzey eksponatlarının, tarixi-memarlıq abidələrinin və digər mədəni irs nümunələrinin rəqəmsal surətlərinin yaradılması onların fiziki təhlükələrdən qorunmasına, elmi-tədqiqatlar üçün əlçatanlığının artırılmasına və vahid informasiya məkanında təqdim edilməsinə imkan verir: “Müasir dövrdə mədəni irsin qorunması yalnız ənənəvi mühafizə mexanizmləri ilə məhdudlaşmır, həm də onun rəqəmsal mühitdə sənədləşdirilməsini, sistemləşdirilməsini, elmi tədqiqini, elektron informasiya resurslarına çevrilməsini və geniş istifadə üçün əlçatanlığının təmin edilməsini tələb edir”.

            Tədqiqatda Azərbaycan Respublikasında mədəni irsin qorunması sahəsində formalaşmış milli qanunvericiliyin arxitekturası da şərh edilib. Qeyd olunub ki, mədəni irsin mühafizəsi kompleks hüquqi mexanizmlər əsasında həyata keçirilir və bu sistem mədəni sərvətlərin, tarix və mədəniyyət abidələrinin, arxeoloji irsin, muzey və arxiv materiallarının, kitabxana və digər sənəd-informasiya resurslarının qorunmasını müxtəlif hüquqi normalarla təmin edir.

            Elmi seminar müzakirələrlə davam edib.

            BDU-da mədəni irsin qorunmasında rəqəmsallaşmanın roluna dair tədqiqatlar aparılır
            BDU-da mədəni irsin qorunmasında rəqəmsallaşmanın roluna dair tədqiqatlar aparılır
            BDU-da mədəni irsin qorunmasında rəqəmsallaşmanın roluna dair tədqiqatlar aparılır
            BDU-da mədəni irsin qorunmasında rəqəmsallaşmanın roluna dair tədqiqatlar aparılır
            BDU-da mədəni irsin qorunmasında rəqəmsallaşmanın roluna dair tədqiqatlar aparılır
            BDU-da mədəni irsin qorunmasında rəqəmsallaşmanın roluna dair tədqiqatlar aparılır
            BDU-da mədəni irsin qorunmasında rəqəmsallaşmanın roluna dair tədqiqatlar aparılır
            BDU-da mədəni irsin qorunmasında rəqəmsallaşmanın roluna dair tədqiqatlar aparılır
            ELM

            Son XƏBƏRLƏR

            08.10.2026 | 21:19

            BDU-da kosmik havanın kritik infrastruktura təsirləri və proqnozlaşdırılması problemləri müzakirə olunub

            08.10.2026 | 17:10

            BDU tələbələri üçün “Rəqəmsal körpü: İnnovasiyaya addım - AI Engineering” adlı təlim

            08.10.2026 | 14:50

            BDU-da postmüharibə dövründə sosial işin təşkili müzakirə olunub

            08.10.2026 | 13:48

            BDU rektoru ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbələri ilə görüşüb

            08.10.2026 | 11:28

            “Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025