BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub

            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub

            ELM 29 May 2025 17:03

            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub

            Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub.

            Açılış mərasimində çıxış edən rektor Elçin Babayev BDU-da son illər elmi-tədqiqat infrastrukturunun möhkəmləndirilməsi, gənclərin elmi tədqiqatlara cəlb edilməsinin genişləndirilməsi ilə bağlı sistemli işlərin görüldüyünü bildirib. O qeyd edib ki, yeni açılan Materialşünaslıq elmi-tədqiqat laboratoriyası da BDU-da kimya sahəsi üzrə aparılan elmi tədqiqatlara öz töhfəsini verəcək, universitet-sənaye əlaqələrini genişləndirəcək.

            Materialların hazırlanması və tədqiqi üçün zəruri olan müasir avadanlıqlarla – Almaniya istehsalı “Bruker D8 ENDEAVOR” toz kristallar üçün rentgen difraktometri  və bərk maddələr üçün “S6 Jaguar” masaüstü dalğa-dispersiyalı rentgen flüoressent spektrometri (WD XRF) ilə təchiz edilmiş laboratoriya müxtəlif texnologiyalarla alınmış elmi-tədqiqat materialları, habelə mədən süxurları, tikinti materialları, sənaye tullantıları, neft tullantılarında qum fraksiyalarının və s. element analizi, quruluşunun öyrənilməsi və tədqiqinə imkan verir.

            Laboratoriyada istifadə edilən rentgen diffraktometri toz halında olan kristallik quruluşlu maddələrin keyfiyyət (faza analizi) və kəmiyyət tərkibini hesablamağa, maddədəki kristallitlərin ölçülərini, gərginlik və deformasiya dərəcələrini müəyyənləşdirməyə imkan yaradır. “S6 Jaguar” tipli spektrometr bərk maddələrin tərkibində flüordan (F) urana (U) qədər hər hansı elementi ppm-dən 100%-ə qədər konsentrasiya diapazonunda təyin edir. Laboratoriya tədqiqat nümunəsinin hazırlanması üçün zəruri  avadanlıqlarla – müxtəlif növ üyüdücülər, nümunə quruducu sobaları, vakuumlu filtrasiya sistemləri, sentrafuqa, nümunə presləyici avadanlıqlar, vibrasiyalı ələklər ilə təchiz edilib. Regionda bir ilk olan bu cür hərtərəfli təchiz edilmiş laboratoriya materialşünaslıq və metallurgiya, geologiya və minerologiya, kimya və nanotexnologiya, inşaat materialları və sement sənayesində müxtəlif işlərin görülməsi, habelə müxtəlif elmi və sifariş əsaslı layihələrin yerinə yetirilməsinə imkan verəcək.

            Laboratoriyanın fəaliyyəti üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi icazə və müvafiq sertifikatlar alınıb. İşçi personalın təhlükəsizliyinin təmin edilməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən laboratoriya işçilərinə təhkim edilən termolüminessensiya dozimetrlərinin mütəmadi nəzarəti aparılacaq.

            Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru,  akademik Dilqəm Tağıyev, bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışlarında yeni açılan laboratoriyanın ölkədə elm və təhsillə yanaşı, sənayenin inkişafında böyük əhəmiyyətə malik olduğunu bildiriblər. Çıxışlarda qeyd olunub ki, bu, BDU-da elmi tədqiqatların keyfiyyətinin daha da artırılmasına, elmi işlərin kommersiyalaşdırılmasına da mühüm təsir göstərəcək.

            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub
            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub
            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub
            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub
            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub
            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub
            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub
            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub
            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub
            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub
            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub
            BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025