BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Malinin Faya və Azərbaycanın Acınohur arid seyrək meşələrinin ekoloji vəziyyəti müqayisəli təhlil olunub

            BDU-da Malinin Faya və Azərbaycanın Acınohur arid seyrək meşələrinin ekoloji vəziyyəti müqayisəli təhlil olunub

            14 İyun 2023 14:37

            BDU-da Malinin Faya və Azərbaycanın Acınohur arid seyrək meşələrinin ekoloji vəziyyəti müqayisəli təhlil olunub

            Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Bioekologiya kafedrasının doktorantı Adama Togolanın “Mali Respublikası Faya meşələrinin və Azərbaycanın Acınohur arid seyrək meşələrinin dayanıqlı idarə olunması” mövzusunda məruzəsi dinlənilib.

            Adama Togola çöl və kameral tədqiqatlar əsasında Azərbaycanın Acınohur arid seyrək meşələrinin və Mali Respublikası Faya meşələrinin əsas təbii-ekoloji xüsusiyyətlərinin (relyefi, iqlimi, hidroqrafiyası, torpaq və bitki örtüyü, landşaftları, canlı aləmi) səciyyəsi haqqında məlumat verib. Qeyd edib ki, ilk dəfə olaraq Acınohur və Faya meşələrinin 30 il müddəti əhatə edən dövr ərzində (1990-2020-ci illər) vəziyyətinin monitorinqi aparılıb, bu meşələrin deqradasiyasına təsir edən əsas təbii və antropogen amillər müəyyən edilib. Acınohur meşələri və Malinin Faya meşələrindən istifadənin əsas istiqamətləri kimi kənd təsərrüfatının inkişaf etdirilməsi, mal-qaranın otarılması, oduncaq, qida məhsulları, yanacaq və ağac lifi, qeyri-oduncaq məmulatları və s. tədarükü üçün meşələrin qırılması olduğu müəyyən edilib.

            Məruzədə sahil ölkəsi olan Malidə yerləşən Faya meşəsi ilə Azərbaycan Respublikasının quraqlıq zonasında yerləşən Acınohur arid seyrək meşələrinin ekoloji vəziyyətinin müqayisəli təhlili verilib. Tədqiqat zamanı araşdırılıb ki, tədqiq olunan ərazilər iki müxtəlif qitədə coğrafi cəhətdən uzaq yerləşməsinə baxmayaraq, bu meşələr coğrafi areallarının quraqlığı, bəzi iqlim elementləri, relyef və meşə ehtiyatlarına antropogen təsirin növlərinə görə oxşar xüsusiyyətlərə malikdir. Lakin həmin meşələr  bitki örtüyünün növ tərkibi və landşaftın strukturu, torpaq örtüyü, iqlimi, meşə ehtiyatlarından istifadə üsulları, antropogen təzyiqin səviyyəsinə görə fərqlənir.

            Tədqiqatların yekunu olaraq Adama Togola Malinin Faya meşələri və Azərbaycanın Acınohur arid seyrək meşələrinin resurslarının dayanıqlı idarə olunması sistemi haqqında məlumat verib. O, meşələrin dayanıqlı idarə edilməsi sisteminin 7 tematik element (meşə ehtiyatları və müxtəlifliyi, meşənin sağlamlığı və həyat qabiliyyəti, meşə ehtiyatlarının məhsuldarlıq və mühafizə funksiyaları, sosial-iqtisadi funksiyalar, hüquqi, siyasi və institusional çərçivələr), 8 meyar və 56 göstəricidən ibarət olduğunu qeyd edib.

            Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

            BDU-da Malinin Faya və Azərbaycanın Acınohur arid seyrək meşələrinin ekoloji vəziyyəti müqayisəli təhlil olunub
            BDU-da Malinin Faya və Azərbaycanın Acınohur arid seyrək meşələrinin ekoloji vəziyyəti müqayisəli təhlil olunub

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025