BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Beynəlxalq konfrans

            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Beynəlxalq konfrans

            ELM 1 May 2025 15:19

            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Beynəlxalq konfrans

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda Beynəlxalq konfrans keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            Tədbirin moderatoru, BMTM-in baş məsləhətçisi, dosent Mətin Məmmədli bu ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü qeyd etdiyimizi, “Konstitusiya və Suverenlik İli”nin rəmzi deyil, tarixi səciyyə daşıdığını deyib. O, tədbirin təşkilində göstərilən dəstəyə görə BDU rəhbərliyinə təşəkkürünü bildirib.

            BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev konstitusiyanın dövlətin daxili idarəçiliyini müəyyənləşdirən sənəd, beynəlxalq arenada davranışlarını formalaşdıran əsas hüquqi baza olduğunu bildirib: “Qloballaşan dünyada dövlətlərin suverenliklərinə və daxili işlərinə təzyiqlər artmaqdadlr, bu baxımdan hüquqi bazanın möhkəmliyi dövlətin müdafiə mexanizmlərindən biri olaraq çıxış edir. Dünyada baş verən proseslərə uyğun Konstitusiyaya dəyişikliklər edilə bilər. Bu, xaricdən gələn çağırışlara cavab verməyə imkan verir. Bu çağırışlar hazırda da davam edir. Daxili siyasət və iqtisadiyyatın möhkəmləndirilməsində Konstitusiya və digər qanunvericilik aktları vacib rol oynayır. 2020-ci ildə ərazi bütövlüyümüzün, 2023-cü ildə suverenliyimizin bərpası yalnız hərbi-siyasi deyil, hüquqi baxımdan da əlamətdar hadisədir. Azərbaycan bu prosesi beynəlxalq hüquq çərçivəsində, Konstitusiyada əks olunmuş əsas prinsiplərə uyğun şəkildə həyata keçirir”.

            BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Hüseyn Məmmədov bildirib  ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiya dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin formalaşmasında əsaslı dönüş nöqtəsinə çevrilib. Konstitusiyamız əldə edilən tarixi nailiyyətlərin hüquqi əsasını təşkil edir: “BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin bilavasitə rəhbərliyi və həssas yanaşması ilə Azərbaycanın demokratik əsasları yenidən və sarsılmayacaq şəkildə quruldu. Bu gün Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünü bütöv və tam suveren Azərbaycan olaraq qeyd edirik. Gənclərimiz isə bundan sonra üzərlərindəki şərəfli məsuliyyəti dərk edərək, öz elmi bilikləri, bacarıqları ilə ölkəmizi daim müdafiə etməyi bacarmalıdırlar”.

            Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru Fərhad Abdullayev 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyanın demokratik, hüquqi və dünyəvi dövlətin qurulması yolunda əhəmiyyətli mərhələ olduğunu və indiyədək bu sənədin ölkəmizdə hüquqi islahatların aparılması, insan hüquq və azadlıqlarının təmin olunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bünövrə rolunu oynadığını deyib.

            Maliyyə nazirinin birinci müavini Anar Kərimov qeyd edib ki, Konstitusiya hər bir müstəqil dövlətin varlığının hüquqi əsasını təşkil edən sənəddir, o, yalnız siyasi və hüquqi sistemin deyil, iqtisadi idarəçiliyin də əsaslarını müəyyənləşdirir. Azərbaycan Konstitusiyası dövlətin iqtisadi fəaliyyətinin hüquqi çərçivəsini dəqiq şəkildə təsbit edir və maliyyə sisteminin formalaşdırılmasında mühüm rol oynayır. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar məhz Konstitusiyada müəyyən edilmiş məqsədlərə – əhalinin rifahının yüksəldilməsi, iqtisadi sabitliyin qorunması və sosial bərabərliyin təmin olunmasına xidmət edir.

            Tədbirdə çıxış edən Türkiyənin Balıkesir Universitetinin rektoru Yücel Oğurlu, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov Konstitusiyanın əsas qanunlar toplusu kimi funksiyalarından danışıblar.

            BDU-nun Hüquq fakültəsinin dekanı, dosent Zaur Əliyev “Konstitusiya və insan hüquqları” mövzusunda geniş təqdimatla çıxış edib. O bildirib ki, Azərbaycan Konstitusiyası bütövlükdə insan hüquqları konsepsiyasına həsr edilib. Çoxsaylı hüquqlar, fundamental beynəlxalq hüquqi aktlarda əksini tapan məsələlər ölkə Konstitusiyasında əks olunub.

            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Beynəlxalq konfrans
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Beynəlxalq konfrans
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Beynəlxalq konfrans
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Beynəlxalq konfrans
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Beynəlxalq konfrans
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Beynəlxalq konfrans
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Beynəlxalq konfrans
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Beynəlxalq konfrans
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Beynəlxalq konfrans
            ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025