BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Karyera Festivalının açılış mərasimi

            BDU-da Karyera Festivalının açılış mərasimi

            ELM 27 May 2025 16:15

            BDU-da Karyera Festivalının açılış mərasimi

            Bakı Dövlət Universiteti (BDU), Dövlət Məşğulluq Agentliyi və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Karyera Festivalının açılış mərasimi keçirilib.

            Festivalda ölkəmizin 100-dən çox nüfuzlu işəgötürəni BDU-nun tələbə və məzunlarına 1200-dən artıq vakansiya, 500-dək təqaüd proqramı təqdim edir.

            Tədbirdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev öncə Festivalın keçirilməsində göstərilən dəstəyə görə Dövlət Məşğulluq Agentliyinə, işəgötürənlərə təşəkkürünü bildirib, tələbə və məzunlara uğurlar arzulayıb. O qeyd edib ki, BDU-da artıq neçə ildir keçirilən Karyera Festivalının məqsədi tələbə və məzunları ölkənin aparıcı təşkilat və şirkətləri ilə bir araya gətirmək, onların əmək bazarına uğurlu inteqrasiyasını təmin etmək, savadlı, bacarıqlı və təcrübəli gənclərin ixtisasyönümlü karyera perspektivlərini dəstəkləməkdir. “Açıq qapı” formatında təşkil edilən festivalda digər universitetlərin tələbə və məzunları, həmçinin işsiz və işaxtaran vətəndaşlar da iştirak edirlər. Festivalda iştirak edən 100-dən çox aparıcı dövlət qurumu, özəl şirkət və müəssisə öz fəaliyyət istiqamətləri, mövcud vakansiyaları, təqaüd və  təcrübə proqramları haqqında ətraflı məlumat təqdim edirlər. Festival çərçivəsində iştirakçılar işəgötürənlərlə tanış olmaq, vakansiyalara müraciət etmək, CV təqdim etmək və müsahibə simulyasiyalarında iştirak etmək imkanına sahib olacaqlar. Festivalda tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində “workshop”, təlim və seminarlar keçiriləcək, simulyasiya və startap guşələri təşkil ediləcək. Əminik ki, festival əmək bazarında yeni əməkdaşlıq körpüləri yaradacaq və gənclərin iş həyatı üçün uğurlu bir başlanğıc olacaq”.

            Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ülvi Abbasquliyev bildirib ki, Karyera Festivalı məzunların məşğulluğu, işlə təmin olunması baxımından ən önəmli alətlərdən biridir. Bu zaman işaxtaranlarla işəgötürənlər canlı ünsiyyət qurur. Tələbələr və universitetlərlə olan işbirliyi güclənir, işəgötürənlər yeni kadr potensialı əldə edir: “Son illərdə əmək bazarında bir sıra peşə və ixtisaslar öz əhəmiyyətini itirib, əvəzində müasir çağırışlara cavab verən yeni ixtisaslar yaranıb. Bu baxımdan universitetlər və tələbələr müasir çağırışlara hazır olmalı, texnologiyanın inkişafını nəzərə almalıdırlar. İnanıram ki, bu Karyera Festivalında əmək müqavilələri bağlayan yüzlərlə məzun olacaq”.

            Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli Bakı Dövlət Universitetinin ölkənin ən qədim, qabaqcıl təhsil ocağı olduğunu deyib. O bildirib ki, ölkədə təhsilin, elmin, innovasiyanın inkişafında mühüm rolu olan BDU-nun tələbə və məzunu olmaq qürurvericidir. O, tələbə və məzunları aktiv olmağa, onlar üçün yaradılan şəraitdən yararlanmağa səsləyib.

            “LU-MUN Holdinq”in İdarə Heyətinin sədri Emil Məmmədsadıxov, “AZERA Holdinq” MMC-nin direktoru Akif Əliyev çıxışlarında BDU ilə uğurlu əməkdaşlıq qurduqlarını bildirib, festivalda iştirak edən tələbə və məzunlara uğurlar arzulayıblar.

            Daha sonra iştirakçı şirkətlərin stendlərinə baxış keçirilib. Sərgi iştirakçıları həmin şirkətlər haqqında ətraflı məlumatlandırılıblar.Qeyd edək ki, festival çərçivəsində 6 bölmədə tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "workshop", təlim və seminarlar keçiriləcək.

            BDU-da Karyera Festivalının açılış mərasimi
            BDU-da Karyera Festivalının açılış mərasimi
            BDU-da Karyera Festivalının açılış mərasimi
            BDU-da Karyera Festivalının açılış mərasimi
            BDU-da Karyera Festivalının açılış mərasimi
            BDU-da Karyera Festivalının açılış mərasimi
            BDU-da Karyera Festivalının açılış mərasimi
            BDU-da Karyera Festivalının açılış mərasimi
            BDU-da Karyera Festivalının açılış mərasimi
            BDU-da Karyera Festivalının açılış mərasimi
            BDU-da Karyera Festivalının açılış mərasimi
            BDU-da Karyera Festivalının açılış mərasimi
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025