BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Jurnalların idarə olunması və əsas redaktor bacarıqları” mövzusunda seminar keçirilib

            BDU-da “Jurnalların idarə olunması və əsas redaktor bacarıqları” mövzusunda seminar keçirilib

            6 Oktyabr 2021 15:26

            BDU-da “Jurnalların idarə olunması və əsas redaktor bacarıqları” mövzusunda seminar keçirilib

            Bakı Dövlət Universitetində (BDU) “Jurnalların idarə olunması və əsas redaktor bacarıqları” mövzusunda seminar keçirilib.

            Seminarı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin rəhbəri Mais Süleymanov keçirilən seminarın əhəmiyyətindən danışıb, belə tədbirlərin Universitetdə yüksək keyfiyyətli jurnalların nəşr olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

            “Jurnalların idarə olunması və əsas redaktor bacarıqları” mövzusunda təqdimatla çıxış edən Q1 kateqoriyalı 2.259 impakt faktorlu “Historical Biology (An International Journal of Paleobiology)” jurnalının baş redaktoru Garez Dayk elmi jurnalların işinin təşkili məsələlərinə toxunub, beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması kimi məsələlərlə bağlı məlumat verib. Elmi tədqiqatçıların, jurnalların və qurumların fəaliyyətlərinin qiymətləndirilməsi, elmi biliklərin analizində bibliometrik göstəricilər və istinadlardan geniş istifadə olunduğunu deyən G.Dayk bu məlumatların xüsusi istinad verilənləri bazasında toplanılaraq təyinatına görə emal olunduğunu qeyd edib. İstinad indeksi adlandırılan həmin analitik-informasiya sistemlərinin təyinatı, bibliometrik və elmmetrik tədqiqatlarda bu sahədə tanınmış mövcud sistemlərdən Web of Science və Elsevier-in Scopus bazalarını nümunə göstərib. G.Dayk jurnalların impakt faktorlarının akademik və iqtisadi-sosial formalarının əhəmiyyətindən danışıb, veb səhifələrinin əlçatanlığının vacibliyini qeyd edib.

            G.Dayk elmi məqalələrin yazılmasına, onların düzgün strukturunun qurulmasına və nüfuzlu elmi jurnallarda çapa hazırlanmasına dair məsələlərdən bəhs edib. Təqdimatda Jurnalda anonim (double- blind) rəy prosesindən istifadə olunduğu, müəllifin (müəlliflərin) şəxsi məlumatlarının rəyçiyə açıqlanmadığı, rəyçinin şəxsi məlumatları müəllifə/müəlliflərə açıqlanmadığı bildirib. Seminarda materialların nəşrə hazırlaması prosesində nəşr etikasının gözlənilməsinin əhəmiyyəti qeyd edilib, redaksiya heyəti ilə yazışmalarda gözlənilən üslub qaydalarına toxunub, müəlliflərin qarşısına çıxan suallara aydınlıq gətirilib.

            Seminarda çıxış edən BDU-nun rektoru Elçin Babayev BDU-nun elmi nəşrlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bu baxımdan nəşr olunan jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması və beynəlxalq nüfuzlu bazalarda təmsilçiliyinin təmin edilməsinin həlli zəruri olan məsələlərdən olduğunu vurğulayıb. Milli elmi jurnalların, tədqiqatçıların və qurumların elmi fəaliyyətinin obyektiv qiymətləndirilməsi, onların elmi məhsuldarlığının müqayisəli təhlili üçün jurnalların beynəlxalq elmi bazalarda təmsil olunması vacibliyini vurğulayan rektor məqalələrin keyfiyyətinin artırılması istiqamətində müvafiq tövsiyələrini bildirib.

            Təqdimatın sonunda mövzu ətrafında müzakirələr aparılıb, məruzəçi tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

            BDU-da “Jurnalların idarə olunması və əsas redaktor bacarıqları” mövzusunda seminar keçirilib
            BDU-da “Jurnalların idarə olunması və əsas redaktor bacarıqları” mövzusunda seminar keçirilib
            BDU-da “Jurnalların idarə olunması və əsas redaktor bacarıqları” mövzusunda seminar keçirilib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025