BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində infosessiya keçirilib

            BDU-da IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində infosessiya keçirilib

            SOSİAL 1 Aprel 2026 16:14

            BDU-da IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində infosessiya keçirilib

            Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə tələbə və məzunların peşəkar inkişafına yönəlmiş IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində infosessiya keçirilib. Infosessiyanın əsas məqsədi gəncləri proqramın təqdim etdiyi imkanlarla yaxından tanış etmək, onların real iş mühitində təcrübə qazanmalarına dəstək vermək və karyera inkişaf perspektivlərini genişləndirmək olub.

            2024–2025-ci illər ərzində proqram artıq üç dəfə uğurla həyata keçirilib. 102 məzun proqramı uğurla tamamlayıb, onlardan 50 nəfəri Elm və Təhsil Nazirliyinin aparatı və tabe qurumlarında işlə təmin olunub. Bu göstərici proqramın iştirakçılar üçün real və davamlı karyera imkanları yaratdığını bir daha təsdiqləyir.

            BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin baş mütəxəssisi İlkin Şərifov Mərkəzin fəaliyyət istiqamətləri, tələbə və məzunlara yönəlmiş karyera xidmətləri və işəgötürənlərlə əməkdaşlıq əlaqələri haqqında çıxış edib.

            Elm və Təhsil Nazirliyinin Satınalmalar sektorunun mütəxəssisi Səbinə Hüseynzadə və Hüquq şöbəsinin mütəxəssisi Fuad Cəlilli çıxışlarında bildiriblər ki, “Maarifçi” proqramı ali təhsil müəssisələrinin tələbə və məzunlarının bilik və bacarıqlarının artırılması, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və praktiki təcrübə əldə etmələri üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Proqramın tərkib hissəsinə qiymətləndirmə prosesi, fərdi inkişaf planı və müxtəlif təlim modulları daxildir. Proqramda bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri, magistratura tələbələri, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər iştirak edə bilərlər. Proqram iştirakçıları müxtəlif seçim mərhələlərindən (ilkin seçim, test mərhələsi və müsahibə) keçərək uyğun istiqamətlər üzrə təcrübəyə cəlb olunurlar. Təcrübə imkanları nazirliyin struktur bölmələrində, tabeli qurumlarda, regional təhsil idarələrində və Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarında həyata keçirilir.

            Tədbir zamanı Elm və Təhsil Nazirliyinin nümayəndələri proqramın əhatə etdiyi əsas istiqamətlər barədə də ətraflı məlumat veriblər. Vurğulanıb ki, bu istiqamətlərə təhsilin təşkili və idarə olunması, inzibati idarəetmə, iqtisadiyyat və maliyyə, beynəlxalq münasibətlər, data analitika, layihələrin idarə olunması, rəqəmsal idarəetmə və İT layihələri, tikinti və memarlıq, eləcə də hüquq sahələri daxildir.

            Bununla yanaşı, BDU-nun C korpusunda da infosessiya təşkil olunub. Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun mütəxəssisi Kəmalə Məmmədova və Əlavə təhsil xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsinin mütəxəssisi Nəzrin Manafova proqramın üstünlükləri və iştirak imkanları barədə ətraflı məlumat veriblər.

            Sonda iştirakçıların sualları cavablandırılıb.

            BDU-da IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində infosessiya keçirilib
            BDU-da IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində infosessiya keçirilib
            BDU-da IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində infosessiya keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            10.04.2026 | 18:41

            BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

            10.04.2026 | 18:24

            BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

            10.04.2026 | 18:20

            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

            10.04.2026 | 15:43

            Bakı məktəbliləri üçün BDU-da infosessiya

            10.04.2026 | 15:27

            BDU-da QS tərəfindən təşkil olunan “Reimagine Education” müsabiqəsi ilə bağlı təlim

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025