BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da iqtisadi fizikanın problemləri müzakirə olunub

            BDU-da iqtisadi fizikanın problemləri müzakirə olunub

            ELM 13 Mart 2025 09:49

            BDU-da iqtisadi fizikanın problemləri müzakirə olunub

            Bakı Dövlət Universitetinin (BDU) Fizika, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə seminarlar çərçivəsində iqtisadi fizikanın problemlərinə dair elmi seminar keçirilib.

            Əvvəlcə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı təqdim olunan mövzunun aktuallığı, fakültələrarası birgə fəaliyyətin əhəmiyyəti barədə danışıblar.

            Sonra Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Maarif Cəfərov “İqtisadi fizikanın bu günü və gələcəyi” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, müasir dövrdə fənlərarası inteqrasiya xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə fizikaya aid biliklərin və fizika qanunlarının digər elm sahələrində tətbiqi yeni istiqamətlərin meydana çıxmasına gətirib. Bu istiqamətlərdən biri də “İqtisadi fizika”, başqa sözlə “Ekonofizika”dır. O qeyd edib ki, “Ekonofizika” termini ilk dəfə 1997-ci ildə maliyyə məlumatlarının təhlilinə statistik fizikanın üsullarının tətbiq olunduğu işlərin ümumi icmalında işlənib. 1998-ci ildən etibarən Avropa və Şimali Amerikada mütəmadi olaraq ekonofizika üzrə konfranslar keçirilir. Həmin konfranslarda iqtisadi proseslərin idarə olunmasına fizikanın qanunlarının tətbiqinə dair elmi araşdırmaların nəticələri təqdim olunub. Maarif Cəfərov bildirib ki, hazırda bir çox aparıcı universitetlərdə ekonofizika üzrə mütəxəssis hazırlığı aparılır və bu ixtisas gələcəyin ixtisası hesab olunur. O, həmin ali təhsil müəssisələrində ekonofizika ixtisası üzrə tədris prosesinin xüsusiyyətləri barədə danışıb, həmin ixtisas çərçivəsində keçilən mövzuları sadalayıb, termodinamikanın, statistik fizikanın, kvant fizikasının qanunlarının iqtisadi proseslərin öyrənilməsinə tətbiqi barədə nümunələri göstərib. O, BDU-nun magistratura təhsil pilləsində bu ixtisas üzrə kadr hazırlığı üçün görülməli olan işlərdən danışıb.

            Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

            BDU-da iqtisadi fizikanın problemləri müzakirə olunub
            BDU-da iqtisadi fizikanın problemləri müzakirə olunub
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025