BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib

            BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib

            SOSİAL 24 Oktyabr 2025 14:59

            BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib

            Bakı Dövlət Universiteti və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib.
            Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qeyd edib ki, bu il xalqımız Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil siyasətini daha cəsarətlə davam etdirən ölkəmizin milli maraqları baxımından tarixi və rəmzi bir qərardır. Son illər Azərbaycanda məhkəmə sistemində aparılan istlahatlar məhz insan hüquq və azadlıqlarının qorunması kimi müqəddəs amala xidmət edir. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların, Azərbaycan Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqların təbliğ olunmasında belə tədbirlərin xüsusi rolu var.
            Binəqədi Rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova bildirib ki, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüz və suverenliyimiz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü iradəsi və Ordumuzun şücaəti sayəsində tam bərpa olunub. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda  məhkəmə sistemi təkmilləşdirilib, yeni qanun və məcəllələr qəbul edilib, ölkəmizdə yeni hüquqi dövlətin möhkəm əsası, üçpilləli məhkəmə sistemi yaradılıb, ali konstitusiya nəzarət orqanı olan Konstitusiya Məhkəməsi təsis olunub. Bu gün də ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmələrin rolunun artırılması istiqamətində islahatlar davam etdirilir.  
            BDU-nun Hüquq fakültəsinin dekanı, dosent Zaur Əliyev, Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, dosent Əsmər Əliyeva, Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasova çıxışlarında Azərbaycan Konstitusiyasının insan hüquqları konsepsiyasına əsaslandığını vurğulayıblar. Qeyd olunub ki, insan hüquq və azadlıqlarının təmin olunmasında, Konstitusiya dəyərlərinin gənc nəslə ötürülməsində hüquq təhsilinin önəmli rolu var. Ədalətli hüquq sisteminin və məhkəmələrin yaradılması ədalətli hüquqşünasların yetişdirilməsindən keçir.
            Tədbir çərçivəsində Binəqədi Rayon Məhkəməsinin hakimləri – hüquq elmləri doktoru, dosent Aytəkin İbrahimovanın “Azadlıq hüququ: tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqları əsas konstitusion prinsip kimi”, Anar Rzayevin “Məhkəmə hakimiyyəti və onun həyata keçirilməsi vasitələri: konstitusiya, cinayət, mülki və inzibati məhkəmə icraatı kontekstində” mövzularında təlimləri təşkil olunub.   

            BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib
            BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib
            BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib
            BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib
            BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib
            BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib
            BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025