BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Heydər Əliyev mühazirələri”nin növbəti qonağı YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova olub

            BDU-da “Heydər Əliyev mühazirələri”nin növbəti qonağı YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova olub

            SOSİAL 16 Oktyabr 2025 16:46

            BDU-da “Heydər Əliyev mühazirələri”nin növbəti qonağı YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova olub

            Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova olub.

            Giriş sözü ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Ümummilli Lider  Heydər Əliyevin mənalı ömür yolu, dövlətçilik idealları və xalqı qarşısında misilsiz xidmətləri tariximizin ən parlaq səhifələrini təşkil edir. Onun zəngin həyat və fəaliyyətinin hər bir məqamı müstəqil Azərbaycanın qurulması, gücləndirilməsi və beynəlxalq aləmdə tanınması üçün strateji yol xəritəsidir. Müstəqil Azərbaycan Ulu Öndərin əzmkarlıqla qurduğu və gələcək nəsillərə miras qoyduğu şah əsəridir: “Ulu Öndər Heydər Əliyevin milli maraqlara söykənən dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyevin müasir idarəçilik modelində uğurla öz əksini tapır. Xüsusilə Qarabağ Zəfəri bu siyasətin əzəmətini və tarixi əhəmiyyətini bir daha nümayiş etdirdi”.

            BDU rektorunun elm və təhsil üzrə müşaviri, professor Aydın Kazımzadə çıxışında Universitetdə həyata keçirilən “Heydər Əliyev mühazirələri” layihəsinin əhəmiyyətindən söz açıb. O bildirib ki, 2023-cü ildən etibarən reallaşdırılan bu layihə tələbələr arasında Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətini, ideyalarını və milli dəyərlərə əsaslanan irsini daha dərindən tanıtmaq məqsədi daşıyır.

            YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların, sabitlik və inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin müdrik siyasi strategiyası dayanır. Onun rəhbərliyi ilə ölkəmiz dərin böhran mərhələsindən çıxaraq güclü, müstəqil və dinamik inkişaf edən bir dövlətə çevrilib.

            YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir: “Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində hazırda ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır, xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ilə yaxın düşmən əsarətində olan Qarabağımız əbədi azadlığına qovuşub".

            Sədaqət Qəhrəmanova həmçinin Ulu Öndərlə bağlı xatirələrini bölüşərək, onun insanlara göstərdiyi diqqət və qayğının bu gün də hər bir dövlət qulluqçusu üçün örnək olduğunu qeyd edib.

            BDU-da “Heydər Əliyev mühazirələri”nin növbəti qonağı YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova olub
            BDU-da “Heydər Əliyev mühazirələri”nin növbəti qonağı YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova olub
            BDU-da “Heydər Əliyev mühazirələri”nin növbəti qonağı YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova olub
            BDU-da “Heydər Əliyev mühazirələri”nin növbəti qonağı YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova olub
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025