BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva olub

            BDU-da "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva olub

            SOSİAL 13 Dekabr 2024 13:51

            BDU-da "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva olub

            Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva olub.

            Tədbirdə giriş sözü ilə çıxış edən BDU rektorunun elm və təhsil üzrə müşaviri, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə Ulu Öndər Heydər Əliyevin adının dövlətçiliyimizin rəmzinə çevrildiyini qeyd edib. O bildirib ki, nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub.

            YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında əvəzsiz xidmətlərində, böyük xilaskarlıq missiyasından bəhs edib, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, Ümummilli Liderin ideyaları bu gün də yaşayır və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir.

            Daha sonra məruzə ilə çıxış edən YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Ulu Öndərlə bağlı xatirələrini bölüşən YAP Veteranlar Şurasının üzvü bildirib ki, Heydər Əliyev tarix yazan və yaradan bir şəxsiyyətdir: “Ulu Öndər bütün varlığı ilə xalqını, Vətənini sevirdi, doğma Azərbaycanın yüksəlməsi üçün var qüvvəsi ilə çalışırdı. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti bir tarixdir”.

            Zərifə Quliyeva qeyd edib ki, müstəqil dövlətimiz özünün yeni inkişaf dövrünü yaşayır. Bu dönməz inkişafın möhkəm təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub: “Bu, bir həqiqətdir ki, Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli istəyi ilə ikinci dəfə Azərbaycanın rəhbərliyinə gələndən sonra müstəqilliyimiz məhz onun qətiyyəti, zəngin təcrübəsi, güclü iradəsi, xalqına bağlılığı sayəsində əbədi xarakter aldı, dövlətimiz bütün sahələrdə inkişafa, yüksəlişə doğru irəlilədi”.

            Daha sonra qonaq gənclərin suallarını cavablandırıb.

            BDU-da "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva olub
            BDU-da "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva olub
            BDU-da "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva olub
            BDU-da "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva olub
            BDU-da "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva olub
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025