BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da görkəmli riyaziyyatçı Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş II Respublika elmi konfransı keçirilir

            BDU-da görkəmli riyaziyyatçı Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş II Respublika elmi konfransı keçirilir

            ELM 3 Dekabr 2024 16:44

            BDU-da görkəmli riyaziyyatçı Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş II Respublika elmi konfransı keçirilir

            Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş “Diferensial və inteqral operatorlar” mövzusunda II Respublika elmi konfransının açılış mərasimi keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, Arif Babayev Universitetin Riyazi analiz kafedrasının təşkilatçısı və rəhbəri olub, qısa müddət ərzində sinqulyar inteqral tənliklər və məxsusi inteqrallar sahəsində güclü elmi məktəb yaradıb. Bu məktəb keçmiş SSRİ-də dörd məktəbdən biri sayılırdı. Onun rəhbərliyi altında onlarla gənc alim elmlər doktoru və namizədlik dissertasiyalarını müdafiə edib.

            BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev görkəmli alimin həyat yolu və zəngin elmi fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, Arif Babayev 1934-cü il noyabırın 11-də anadan olub, BDU-nun Fizika-riyaziyyat fakültəsini bitirib. 1960-cı ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiyasını müdafiə edib, 1976-cı ildə AMEA-nın müxbir üzvü seçilib. O, BDU-nun Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979-1994) vəzifələrində çalışıb.

            AMEA-nın müxbir üzvü, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, BDU-nun Ali riyaziyyat kafedrasının müdiri Misir Mərdanov, Riyazi analiz kafedrasının professoru Sadiq Abdullayev, Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə, Riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Arif Babayevin qızı Nigar Novruzova çıxışlarında  görkəmli alimin elmi və pedaqoji fəaliyyətindən bəhs edib, onun riyaziyyatın böyük bilicisi, təbliğatçısı və təşkilatçısı olduğunu bildiriblər.

            II Respublika elmi konfransında görkəmli alimin elmi irsi haqqında müzakirələr aparılacaq, riyaziyyatın müasir problemləri, bu sahədə yeni tədqiqatlar təqdim ediləcək.

            BDU-da görkəmli riyaziyyatçı Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş II Respublika elmi konfransı keçirilir
            BDU-da görkəmli riyaziyyatçı Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş II Respublika elmi konfransı keçirilir
            BDU-da görkəmli riyaziyyatçı Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş II Respublika elmi konfransı keçirilir
            BDU-da görkəmli riyaziyyatçı Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş II Respublika elmi konfransı keçirilir
            BDU-da görkəmli riyaziyyatçı Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş II Respublika elmi konfransı keçirilir
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025