BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir

            BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir

            BEYNƏLMİLƏLLƏŞMƏ 13 Noyabr 2025 13:15

            BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir

            Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Kilis 7 Aralık Universitetinin birgə təşkilatçılığı ilə EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfransın açılış mərasimi keçirilib.

            Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Açılış mərasimində çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov qeyd edib ki, Bakı Dövlət Universiteti və Kilis 7 Aralık Universiteti arasında formalaşan əməkdaşlıq münasibətləri təkcə iki ali təhsil müəssisəsini bir araya gətirmir, Türkiyə və Azərbaycan arasında mövcud olan strateji müttəfiqliyin elm və təhsil müstəvisindəki təzahürünü nümayiş etdirir: “Müasir dövrdə iqtisadiyyat sadəcə istehsal və istehlak göstəriciləri ilə ölçülmür. Artıq BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, iqtisadi rifahın davamlılığı, sosial bərabərlik, yaşıl keçid və texnoloji innovasiyalar kimi anlayışlar ölkələrin inkişaf strategiyalarının əsasını təşkil edir. Bu baxımdan Azərbaycan və Türkiyə iqtisadiyyatları arasında qarşılıqlı təcrübə mübadiləsi, ortaq araşdırmaların aparılması və birgə layihələrin reallaşdırılması xüsusi əhəmiyyət daşıyır. İki universitet arasında qurulan əlaqələr qarşılıqlı elmi əməkdaşlıq, akademik mübadilə və ortaq tədqiqat istiqamətlərinin inkişafına yönəlib. Qarşıdakı illərdə biz bu əlaqələri daha da genişləndirərək birgə empirik tədqiqatlar aparmaq, iqtisadi modellər üzərində ortaq elmi nəşrlər hazırlamaq və gənc tədqiqatçıların iştirakını təmin etmək niyyətindəyik. Əminəm ki, bu konfrans elm adamlarını bir araya gətirməklə yeni ideyaların yaranmasına, iqtisadi elmlərin müasir çağırışlara cavab verəcək şəkildə inkişafına və iki dost ölkə arasında elmi birliyin daha da möhkəmlənməsinə xidmət edəcək”.

            Konfransın Təşkilat Komitəsinin sədri Ali Kestane, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycandakı təmsilçisi Güven Çolak, Türk Sənət Akademiyasının rəhbəri Erhan Ufak, Türkiyə Böyük Millət Məclisinin üzvü Suat Önal, Türkiyə İqtisadi və Maliyyə Araşdırmaları Fondunun (TEMAR) rəhbəri Mehmet Hasan Eken, Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin rəhbəri Cengiz Aygör çıxışlarında konfransın regional və beynəlxalq elmi əməkdaşlığın inkişafına töhfə verən əhəmiyyətli elmi platforma olduğunu qeyd edib, tədbirin işinə uğurlar arzulayıblar. Qeyd olunub ki, konfransda 33 ölkədən alimlər, tədqiqatçılar, eləcə də dövlət və biznes qurumlarının nümayəndələri iştirak edirlər. Konfrans çərçivəsində iqtisadiyyat, dövlət maliyyəsi, biznesin idarə edilməsi, beynəlxalq ticarət və maliyyə, əmək iqtisadiyyatı, logistika, turizm menecmenti, idarəetmə informasiya sistemləri və digər sahələr üzrə elmi məruzələr dinləniləcək və müzakirə olunacaq.

            İkigünlük konfrans öz işini sessiya iclasları ilə davam etdirir.

            BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
            BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
            BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
            BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
            BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
            BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
            BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
            BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025