BDU-da elmi seminar: “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması”
ELM
23 Aprel 2026 09:55

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması” mövzusunda elmi seminar keçirilib.
Fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova mövzunun aktuallığından danışaraq, Prezident İlham Əliyev tərəfindən 19 mart 2025-ci il tarixində təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn məsələlərə diqqət çəkib. O, tarix, etnologiya, arxeologiya və antropologiya sahələrində süni intellekt texnologiyalarının tətbiqinin əhəmiyyətini vurğulayıb.
Məruzəçi, Arxeologiya və etnoqrafiya kafedrasının “Mədəni antropologiya” ixtisası üzrə qiyabi doktorantı Elmira Hacıyeva çıxışında süni intellekt texnologiyalarının, xüsusilə hərəkət analizi, kompüter görməsi və maşın öyrənməsi metodlarının rəqslərdə jest, ritm və milli üslub xüsusiyyətlərinin müəyyənləşdirilməsindəki rolunu izah edib. O, Türkiyə və Çin təcrübəsinə istinad edərək, bu sahədə tətbiq olunan alqoritmik yanaşmaların qeyri-maddi mədəni irsin qorunmasında mühüm rol oynadığını qeyd edib.
Gənc tədqiqatçı çıxışı zamanı CNN, YOLO, LSTM və RGNN modelləri barədə məlumat verərək bildirib ki, rəqsin həm məkan, həm də zaman xüsusiyyətlərinə malik olması səbəbindən hibrid modellərin (məsələn, CNN+LSTM və ya YOLO+RGNN) istifadəsi daha yüksək dəqiqliklə nəticə əldə etməyə imkan yaradır.
Son XƏBƏRLƏR
22.04.2026 | 18:11
BDU-da Beynəlxalq Yer Günü qeyd olunub
22.04.2026 | 17:11
“Gənc istedadlar” liseyinin şagirdinin 60-cı Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında böyük uğuru
22.04.2026 | 15:51