BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da elmi seminar: “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları”

            BDU-da elmi seminar: “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları”

            ELM 23 Aprel 2025 11:14

            BDU-da elmi seminar: “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları”

            Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının və Biologiya fakültəsinin birgə təşəbbüsü ilə “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları” mövzusunda elmi seminar keçirilib.

            Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova Həsən bəy Zərdabinin təbiətşünaslıq elminə verdiyi mühüm töhfələri vurğulayıb. O qeyd edib ki, təbiətə qayğı və ətraf mühitin qorunması Həsən bəy Zərdabinin əsas amallarından biri olub. Onun təbiət və insan harmoniyasını təcəssüm etdirən elmi əsərləri təbiətşünaslıq elminə, xüsusilə Azərbaycan təbiətşünaslığına böyük töhfə verib: “Həsən bəy Zərdabi sanki iki yüz il öncə günümüzdəki ətraf mühit problemlərini görür, insanların təbiətdən harmoniya ilə istifadəsini təşviq edirdi. Hazırda ölkəmizdə ətraf mühitin qorunması dövlət siyasətinin əsas prioritetlərindəndir, bununla bağlı çoxsaylı Dövlət proqramları və qanunlar qəbul olunub. Bu, həm də böyük təbiət alimi Həsən bəy Zərdabinin xatirəsinə dövlətimizin ehtiramı kimi qəbul edilə bilər".

            BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova Həsən bəy Zərdabinin həyat və yaradıcılığından, “Əkinçi” qəzetindəki maarifçilik fəaliyyətindən bəhs edərək, tələbələrə görkəmli alimin yaradıcılığını dərindən öyrənməyi tövsiyə edib.

            Seminarda BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müəllimi, tədqiqatçı-jurnalist Elçin Sərdarov “Həsən bəy Zərdabinin cəmiyyətin ekoloji təfəkkürünün formalaşdırılmasında elmi-publisistik fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Həsən bəy Zərdabinin təhsildə, elmdə və ictimai fəaliyyətində uğurları, “Cəmiyyəti-Xeyriyyə” təşkilatındakı fəaliyyəti, “Əkinçi” qəzetində dərc edilən “Torpaq, su və hava”, “İnsanın həyatında işıq”, “Gigiyena”, “Təbii seçmə” və “İnsanın mənşəyi” kimi əsərləri haqqında məlumat verilib. Elçin Sərdarov həmçinin Zərdabinin “Çiçəklərin və ağacların əkilməsi bayramı” və “Bakı quberniyasının Quba qəzasının su hövzəsi kimi əhəmiyyəti haqqında” məqalələrinin də əhəmiyyətini vurğulayıb.

            Seminar zamanı tələbələr Həsən bəy Zərdabinin təbiətlə insan arasında harmoniyaya dair fikirlərini səsləndirib, müasir dövrdə ölkəmizdə təbiətin mühafizəsinə göstərilən dövlət qayğısı haqqında müzakirələr aparıblar.

            BDU-da elmi seminar: “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları”
            BDU-da elmi seminar: “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları”
            BDU-da elmi seminar: “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları”
            BDU-da elmi seminar: “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları”
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025