BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da elmi seminar: “Azərbaycan-Türkiyə əməkdaşlığına dair sənəd-informasiya resursları”

            BDU-da elmi seminar: “Azərbaycan-Türkiyə əməkdaşlığına dair sənəd-informasiya resursları”

            ELM 1 May 2025 13:42

            BDU-da elmi seminar: “Azərbaycan-Türkiyə əməkdaşlığına dair sənəd-informasiya resursları”

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə əməkdaşlığına dair sənəd-informasiya resursları” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Cahan Əhmədli məruzə edib.

            Məruzəçi Azərbaycanla Türkiyə arasında münasibətlərin formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi xidmətlərindən bəhs edib. Vurğulayıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı ölkələrimiz arasındakı sarsılmaz münasibətlərin məhək daşıdır: “İki dövlət arasındakı qardaşlıq münasibətləri Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səyləri ilə hazırda ən yüksək zirvəyə çatıb”.

            Məruzədə dost və qardaş ölkələrin münasibətlərinə dair informasiya resursları xronoloji əsasda təqdim edilib, bu istiqamətdə formalaşan sənəd-informasiya axını tarixi kontekstdə izlənilib. İki ölkə arasındakı münasibətlərə dair sənəd-informasiya resurslarının təsnifatı aparılıb, mövzuya dair sənəd fondları və biblioqrafik resurslar tədqiq olunub, onların informasiya mənbəyi kimi əhəmiyyəti diqqətə çatdırılıb.

            Araşdırmada Qars müqaviləsi və Azərbaycan - Türkiyə münasibətlərinin inkişafında mühüm mərhələ hesab olunan Şuşa Bəyannaməsi xüsusi öyrənilib. Qars müqaviləsinin Naxçıvan bölgəsinin təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna rol oynadığı bildirilib. Ümummilli Lider Heydər Əliyevin Qars müqaviləsinə yüksək dəyər verdiyini bildirən gənc tədqiqatçı Ulu Öndərin bu barədə fikirlərini diqqətə çatdırıb: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”. Tədqiqatda Qars müqaviləsi ilə Şuşa Bəyannaməsi arasında paralellər aparılıb, Şuşa Bəyannaməsinin 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanmış ölkəmizin diplomatik cəbhədə mövqelərini daha da gücləndirdiyi vurğulanıb.  Şuşa Bəyannaməsi haqqında ölkəmizdə və xaricdə sənəd-informasiya axınının təşəkkülü, dinamikası kompleks təhlil olunub. Mövzu üzrə çap olunan kitablar, məqalələr haqqında məlumatlar diqqətə çatdırılıb.

            Elmi seminar müzakirələrlə davam edib.

            BDU-da elmi seminar: “Azərbaycan-Türkiyə əməkdaşlığına dair sənəd-informasiya resursları”
            BDU-da elmi seminar: “Azərbaycan-Türkiyə əməkdaşlığına dair sənəd-informasiya resursları”
            BDU-da elmi seminar: “Azərbaycan-Türkiyə əməkdaşlığına dair sənəd-informasiya resursları”
            ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025