BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilir

            BDU-da “Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilir

            ELM 23 Dekabr 2025 13:50

            BDU-da “Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilir

            Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Türkiyənin Konya Texniki Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Özbəkistanın Geologiya Elmləri Universiteti, Rumıniyanın Kənd Təsərrüfatı Elmləri və Baytarlıq Təbabəti Banats Universitetinin elmi tərəfdaşlığı ilə “Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

            Konfransın açılış mərasimində BDU-nun elm və innovasiya üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, hazırda Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsi və “yaşıl iqtisadiyyat”a keçid üçün strateji mexanizmlərin işlənib hazırlanması məsələlərində fəal mövqe tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” və “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş əsas prioritetdəndir. Prorektor diqqətə çatdırıb ki, son illər BDU-da ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə istiqamətində elmi-tədqiqiat işləri, ekoloji maarifləndirmə və ekoloji məsuliyyətin artırılması üçün layihələr həyata keçirilir. BDU Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) və bu məqsədlərlə əlaqəli 169 hədəf istiqamətində öz fəaliyyətini genişləndirir. Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə BDU-nun nəzdində ECOLEAD Klinikası, ekoloji maarifləndirmə və tədqiqat mərkəzi, tələbə və tədqiqatçıların ətraf mühitin qorunması sahəsində daha geniş məlumat və təcrübə qazanmalarını təmin edən "Eko Məkan", Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanmış Ekoenerji Məntəqəsi fəaliyyət göstərir. BDU dünya universitetləri ilə əməkdaşlıq edərək bakalavr, magistratura və doktorantura səviyyələrində 15-dən çox ikili diplom proqramı həyata keçirir. BDU-nun sənaye müəssisələri ilə əlaqələrinin inkişafı nəticəsində son 5 ildə 120-dən çox milli və beynəlxalq qrant və müqavilə əsasında layihə həyata keçirilib, 700-dən çox tələbə, doktorant, gənc tədqiqatçı layihələrdə təmsil olunub: “BDU Yer elmləri sahəsində yeni məktəblərin yaranmasında, beynəlxalq əlaqələrin və elmi tədqiqatların genişlənməsində maraqlıdır. İlk dəfədir keçirilən konfransda bu il Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Rumıniya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Mali, Çin, İsrail, Lüksemburq da daxil olmaqla 12 ölkə təmsil olunur. Konfransın proqramına 280 məruzə daxil edilib. İnanırıq ki, konfrans Yer elmləri sahəsində alimlər və gənc tədqiqatçılar üçün mühüm platforma olacaq, yeni elmi prioritetlər müəyyən edəcək”.

            Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov isə konfransın regionun strateji və dayanıqlı inkişafına, ekologiyanın qorunmasına xidmət etdiyini bildirib, tədbirin işinə uğurlar arzulayıb. Hazırda ölkəmizin ekosistemi üçün ən vacib məsələlərdən birinin Xəzər dənizi ilə əlaqədar olduğunu deyən BANM rektoru konfansda ekologiya, geologiya, coğrafiya istiqamətləri üzrə ən aktual məsələlərə toxunulacağına əminliyini bildirib.

            BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə, Coğrafi ekologiya kafedrasının professoru Şövqisəfa Göyçayski, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən dosent Zaur İmrani, Neft və Qaz İnstitutunun icraçı direktoru, professor Vaqif Qurbanov, Respublika Uşaq-Gənclər İnkişafı Mərkəzinin direktoru, BDU-nun Bioekologiya kafedrasının dosenti Firuzə Sultan-zadə, Türkiyənin Konya Texniki Universitetinin professorları Ekrem Tusat, Muzaffer Kahveci, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin UNESCO-nun dayanıqlı inkişaf üzrə kafedrasının müdiri, dosent Tursynkul Bazarbayeva, Qazaxıstanın Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin professoru Göhfər Bişimbayeva çıxışlarında qlobal iqlim dəyişikliklərinin davamlı inkişafa təsiri, qarşıda dayanan əsas çağırışlara dair fikirlərini bildiriblər.

            Konfrans öz işini plenar sessiyalarla davam etdirir.

            ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025