BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu

            BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu

            SOSİAL 19 Oktyabr 2026 17:05

            BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu

            Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə həyata keçirilən “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu olub.

            Forum Elm və Təhsil Nazirliyinin dəstəyi, BDU-nun tərəfdaşlığı, ATGTİ, BDU Tələbə Gənclər Təşkilatı (BDU TGT) və BDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə təşkil edilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib

            BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev müasir dövrdə təhsilin qarşısında duran vəzifələrdən, rəqəmsal transformasiyanın və süni intellektin təhsil sahəsinə təsirindən, eləcə də tələbələrin əmək bazarının tələblərinə uyğun hazırlanmasının əhəmiyyətindən danışıb. O bildirib ki, təhsil proqramlarının əmək bazarının tələblərinə uyğun təkmilləşdirilməsi, işəgötürənlərin bu prosesdə iştirakının artırılması və tələbələrin peşəkar inkişafının dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Bunun üçün tələbələr gələcək karyeralarını universitetin ilk kurslarından planlaşdırmalı, əmək bazarının tələblərini öyrənməli, bilik və bacarıqlarını bu istiqamətdə inkişaf etdirməlidirlər. BDU-nun Karyera və məzunlarla iş Mərkəzi qeyd olunan istiqamətdə tələbələrin karyera planlaşdırmasında və onların əmək bazarına hazırlanmasında mühüm rol oynayır: “Universitetlərdə karyera forumlarının və müxtəlif layihələrin keçirilməsi tələbələrin gələcək peşə fəaliyyətinə hazırlanmasına, işəgötürənlərlə əlaqələrinin genişləndirilməsinə və rəqabətədavamlı mütəxəssislər kimi formalaşmasına töhfə verir”.

            Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini - sektor müdiri Ayla Həsənova-Məmmədova gənclərin inkişafında təhsilin və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılmasının əhəmiyyətinə toxunub. O, gənclərin karyera imkanlarının genişləndirilməsi və onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi istiqamətində bu cür təşəbbüslərin əhəmiyyətini qeyd edib.

            Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov isə çıxışında tələbələrin şəxsi və peşəkar inkişafına yönələn layihələrdən danışıb. “CareerPlus” proqramının gənclərin karyera planlaması, əmək bazarı haqqında məlumatlılığının artırılması və işə qəbul prosesinə hazırlığının gücləndirilməsi baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.

            Forum çərçivəsində “İlk işə qəbul, işəgötürənlərin gözləntiləri və gənclərin qarşılaşdığı çətinliklər” mövzusunda panel sessiyası təşkil olunub. Panel sessiyasında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin müdiri Ayşəm Balayeva, Dövlət Məşğulluq Agentliyinin İnsan resursları departamentinin İstedadların idarəolunması şöbəsinin müdiri Amin Quluzadə, “Unibank” ASC-nin Təlim, İnkişaf və Daxili kommunikasiya şöbəsinin rəhbəri Leyla Cəfərli və “Azersun Holding”in İşə qəbul və karyera şöbəsinin müdiri Səadət Alıyeva iştirak ediblər. Panel sessiyasında ilk işə qəbul prosesinin xüsusiyyətləri, işəgötürənlərin gənc mütəxəssislərdən gözləntiləri, əmək bazarının aktual tələbləri və gənclərin karyera quruculuğu zamanı qarşılaşdıqları çətinliklər müzakirə olunub. İştirakçılara işə qəbul prosesinə hazırlıq, peşəkar inkişaf və mövcud məşğulluq imkanları ilə bağlı tövsiyələr verilib.

            Forumun davamında “Gələcəyin karyerası: AI, şəxsi brend və uğurlu işə qəbul” mövzusunda praktiki təlim keçirilib. Təlimdə əmək bazarının tələbləri, effektiv CV hazırlanması, süni intellekt vasitəsilə karyera planlaması, şəxsi brendin formalaşdırılması, özünü təqdimetmə bacarıqları, eləcə də işə qəbul simulyasiyası və müsahibə texnikaları barədə məlumat verilib.

            Qeyd edək ki, “CareerPlus” proqramı gənclərin karyera inkişafına dəstək göstərilməsi, müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının artırılması, eləcə də məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilir.

            BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu
            BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu
            BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu
            BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu
            BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu
            BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu
            BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu
            BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu
            BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu
            SOSİAL

            Son XƏBƏRLƏR

            19.10.2026 | 16:55

            BDU-da “Arxeologiya, etnologiya və antropologiyanın aktual məsələləri” mövzusunda Respublika elmi konfransı

            19.10.2026 | 16:04

            BDU-nun müəllim və doktorantları IV Türk Dünyasının Modernləşməsi Simpoziumunda məruzə ediblər

            19.10.2026 | 15:52

            BDU-da qədim insan qalıqlarının paleogenetik analizinə dair ustad dərsi

            19.10.2026 | 13:16

            BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

            19.10.2026 | 11:44

            BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025