BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Bir millət 6 dövlət Ortaq media (Türkdilli dövlətlərin media platforması)” adlı Beynəlxalq konfrans öz işinə başlayıb

            BDU-da “Bir millət 6 dövlət Ortaq media (Türkdilli dövlətlərin media platforması)” adlı Beynəlxalq konfrans öz işinə başlayıb

            18 Noyabr 2021 14:10

            BDU-da “Bir millət 6 dövlət Ortaq media (Türkdilli dövlətlərin media platforması)” adlı Beynəlxalq konfrans öz işinə başlayıb

            Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistika elmi-tədqiqat laboratoriyası İKSAD (İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu) ilə birgə “Bir millət 6 dövlət - Ortaq media (Türkdilli dövlətlərin media platforması)” adlı onlayn Beynəlxalq konfransı öz işinə başlayıb.

            Elmi konfransı BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, konfransın sədri Allahverdi Məmmədli açıb.  Konfransın Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin ildönümünün qeyd edildiyi günlərdə öz işinə başladığını vurğulayan A.Məmmədli Türk Dövlətləri Təşkilatının İstanbulda VIII Zirvə görüşündən söz açıb. Bildirib ki, XXI əsrin 20-ci illəri türk dövlətlərinin siyasi, iqtisadi, sosial, mədəni sahədə inkişafı, bir-birinə və dünyaya inteqrasiyası, günü-gündən möhkəmlənən mövqeyi ilə xarakterizə olunur.

            A.Məmmədli 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi-siyasi dəstəyindən, düşmənin döyüş meydanında məğlubiyyətindən danışıb, media və kommunikasiya sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığından bəhs edib. İnformasiya cəbhəsində döyüşün davam etdiyini bildirən A.Məmmədli əlavə edib ki, bu gün tək  kökə, eyni dilə, oxşar  mədəniyyətə malik türk dövlətlərinin media sahəsində əməkdaşlığına, birgə media platformasının yaradılmasına çox böyük ehtiyac var.

            Konfransda Jurnalistika fakültəsinin professorları - Cahangir Məmmədli,  Həmid Vəliyev, Qulu Məhərrəmli, Sabir Məmmədli, İzzet Baysal Universitetinin İctimaiyyətlə əlaqələr və tanıtım fakültəsinin professoru Himmet Karadal, Qlobal Jurnalistika Konseyinin sədri Mehmet Ali Dim, SODIMER təşkilatının sədri Levent Eraslan, “Yazar” qəzetinin baş redaktoru Servet Avşar, Dünya Kommunikasiya Cəmiyyətinin sədri Şemsettin Kuzeci, Jandarma və Sahil Mühafizə Akademiyası Təhlükəsizlik Elmləri İnstitutunun müdiri Tekin Avaner çıxış ediblər.

            Qeyd edək ki, konfransa Azərbaycan, Türkiyə, Filippin, Meksika, Mərakeş, İndoneziya, Rumıniya, Qırğızıstan, Qazaxıstandan 200-ə yaxın məqalə təqdim edilib. Konfrans bu gün də davam edəcək.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025