BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi” adlı Respublika elmi konfransı

            BDU-da “Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi” adlı Respublika elmi konfransı

            10 May 2023 14:03

            BDU-da “Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi” adlı Respublika elmi konfransı

            Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi” mövzusunda Respublika elmi konfransı keçirilib.

            Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, irimiqyaslı layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb, millətimiz, xalqımız üçün əlindən gələni əsirgəməyib.

            Konfransın plenar iclasında Milli Məclisin komitə sədri Sadiq Qurbanovun “Heydər Əliyev: zamandan uca insan” və BDU-nun Türk xalqları tarixi kafedrasının müdiri, professor  Əsməd Muxtarovanın “Heydər Əliyevdən “Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnala gələn yol” mövzusunda məruzələri, həmçinin Qafqaz tarixi kafedrasının professoru Qabil Əliyev, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev, kafedranın dosenti Ələmdar Şahverdiyevin çıxışları dinlənilib. Çıxışlarda Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı ilə ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğu, sabitliyin bərqərar olduğu, xarici siyasətdə böyük uğurlar qazanıldığı vurğulanıb.

            Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında BDU, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının, həmçinin BDU SABAH qrupları tələbələrinin məruzələri dinlənilib.

            BDU-da “Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi” adlı Respublika elmi konfransı

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025