BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya

Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “ASAN müraciət” informasiya sistemi barədə infosessiya keçirilib.
İnfosessiya zamanı tələbələrə “ASAN müraciət” informasiya sisteminin məqsədi, funksionallığı, vətəndaş müraciətlərinin elektron qaydada qəbulu və aidiyyəti qurumlara yönləndirilməsi mexanizmi haqqında ətraflı məlumat verilib. Sistemin vətəndaş məmnunluğunun artırılması və operativ kommunikasiyanın təmin edilməsində rolu diqqətə çatdırılıb.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.