BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub

            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub

            ELM 7 Oktyabr 2025 15:29

            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub

            Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            BDU rektoru Elçin Babayev 80 illik şərəfli yol keçən AMEA-nın əməkdaşlarını təbrik edib, ölkəmizin elmi potensialının güclənməsi və inkişafı, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, bu yubiley bir elmi qurumun deyil, bütövlükdə Azərbaycan elmi, milli düşüncəsi və intellektual irsinin bayramıdır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi barədə 2025-ci il 18 mart tarixli Sərəncamı Akademiyanın ölkəmizdə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrların hazırlanmasındakı roluna verilən yüksək dəyəri bir daha sübut edir. Bu mühüm sənəddə Akademiyanın ölkəmizdə elmin inkişafı, elmi fəaliyyətin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasındakı böyük rolu xüsusi vurğulanır. Ümummilli Lider Heydər Əliyev elmin və təhsilin inkişafını həmişə ölkənin gələcəyi ilə birgə dəyərləndirirdi. Ulu Öndərin yaratdığı bu möhkəm elmi və mənəvi təməl üzərində Azərbaycanda elm bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu böyük ənənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıllıqla davam etdirilir. Onun rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində fundamental islahatlar həyata keçirilir, elmin idarəetmə mexanizmi təkmilləşdirilir. Elmi nəticələrin innovasiyaya çevrilməsi, elm-universitet-sənaye əməkdaşlığının genişlənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib”.

            Rektor bildirib ki, 1945-ci ildə AMEA yaradıldıqdan qısa müddət sonra ölkəmizin elmi həyatının mərkəzinə çevrildi, xalqımızın intellektual potensialının formalaşması, milli kimliyimizin elmi əsaslarla öyrənilməsi və qorunmasında mühüm rol oynadı. Akademiyanın yaranması Azərbaycanda elmin dövlət səviyyəsində təşkilatlanması, onun müstəqil inkişaf yoluna çıxması demək idi. Ancaq bu böyük elmi məktəbin kökləri daha qədimə - 1919-cu ilə gedir. Çünki o zaman yeni yaradılmış BDU-nun ilk professorları, ilk elmi laboratoriyaları, elmi məktəbləri sonradan AMEA-nın əsasını qoyan qüvvələrə çevrildi: “Bakı Dövlət Universiteti Azərbaycan elminin beşiyidirsə, Azərbaycan Milli Elmlər Akademiyası onun yetkinlik zirvəsidir. Bu iki elmi mərkəz tarix boyu bir-birini tamamlayıb, bir-birinə dayaq olub. AMEA-nın yaranması və inkişafında BDU-nun rolu əvəzsizdir. 1926-1932-ci illərdə BDU-nun professor və məzunları Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun (DETİ) əsas elmi qüvvəsini təşkil edib, sonradan bu institutun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradılıb. Sovet dövründə Universitetin alimləri və məzunları Akademiyanın elmi-tədqiqat bölmələrinin əsas heyətini təşkil edərək, xüsusilə fundamental elmin inkişafında mühüm rol oynayıblar. Həbibulla Əmirxanov, Abdulla Qarayev, Aleksandr Makovelski kimi görkəmli alimlər, eləcə də Akademiyanın təsisçilərindən olan Heydər Hüseynov, Yusif Məmmədəliyev, Aleksandr Qrossheym və Mirəli Qaşqay BDU-nu şərəflə təmsil edirdi. Ayrı-ayrı dövrlərdə iki dəfə Elmlər Akademiyasına rəhbərlik etmiş, dünya şöhrətli alim Yusif Məmmədəliyev 1954–1958-ci illərdə BDU-nun rektoru kimi fəaliyyət göstərib. Bu gün də yüzlərlə BDU məzunu AMEA-nın müxtəlif institut və mərkəzlərində çalışır, elmin inkişafında, yeni istiqamətlərin formalaşmasında və beynəlxalq səviyyədə Azərbaycanda elmin nüfuzunun yüksəldilməsində mühüm rol oynayır. Onların uğurları BDU-nun elmi məktəblərinin, tədris ənənələrinin və mənəvi dəyərlərinin davamı kimi dəyərləndirilir. BDU ilə AMEA arasında bu mənəvi və elmi bağ ötən əsrdə olduğu kimi, bu gün də Azərbaycanda elmin inkişafının hərəkətverici qüvvəsidir. BDU və AMEA eyni elmi məfkurənin, milli intellektual inkişafın sütunlarıdır. Onların qarşılıqlı fəaliyyəti, elmi varislik və əməkdaşlıq ənənəsi bu gün də Azərbaycanda elmin gələcək uğurlarının əsasını təşkil edir”.

            Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın milli fikrin, elmin, ziyalılığın inkişafına dövlət qayğısının bariz nümunəsi olduğunu bildirib. O, AMEA-nın tarixi inkişaf mərhələlərinə nəzərə salıb, Akademiyanın yüksəlişinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb: “AMEA-nın 1993-cü ildən sonrakı inkişafını “milli Akademiya quruculuğu” adlandırmaq olar. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilib. Bu tarixi fərman milli maraqlar və dövlətimizin mənafeyi çərçivəsində AMEA-nın inkişafını hədəfləyir. AMEA-nın 2003-2022-ci illər dövrünü innovasiya və modernləşmə, 2023-cü ildən sonrakı dövrünü isə yenilənmə və islahat mərhələsi hesab etmək olar”.

            AMEA prezidenti qeyd edib ki, elm və ali təhsilin qarşılıqlı vəhdəti ölkəni irəli aparan əsas hərəkətverici qüvvədir. O, Azərbaycan ali təhsilinin flaqmanı olan BDU-da Akademiyanın 80 illik yubileyinin qeyd olunmasına görə təşəkkürünü bildirib, bu səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini diqqətə çatdırıb.

            Milli Məclis sədrinin müavini, BDU-nun professoru, akademik Rəfael Hüseynov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə çıxışlarında AMEA-nın respublikanın elmi-intellektual potensialının əsas daşıyıcısı, Azərbaycan elminin inkişafı, milli ruhun yüksəlişində dayaq nöqtəsi olduğunu bildiriblər. Çıxışlarda AMEA-nın ölkədə fundamental tətbiqi və humanitar elmlərin, milli mədəniyyətimizin, ədəbiyyatımızın, dilimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında müstəsna xidmətləri vurğulanıb.

            Sonra AMEA-nın tarixi və fəaliyyəti haqqında videoçarx, BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.

            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
            BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
            ELM SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025