BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da ali məktəb tələbələri arasında Respublika Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi

            BDU-da ali məktəb tələbələri arasında Respublika Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi

            ELM 24 May 2024 17:43

            BDU-da ali məktəb tələbələri arasında Respublika Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi

            Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və BDU-nun 105 illik yubileyinə həsr olunmuş Fizika, Riyaziyyat, Kimya, Biologiya və Coğrafiya fənləri üzrə Respublika Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

            Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb, olimpiada hərəkatının ildən-ilə genişləndiyini qeyd edib. Elçin Babayev olimpiadada iştirak etməyin tələbələr üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, bunun onların sonrakı həyatına uğurlu təsir göstərdiyini deyib. Olimpiadada iştirak tələbələrdən fərqli yanaşma tələb edir, onlara əzmkarlıq, öz üzərilərində çalışmaq kimi vərdişləri aşılayır. Olimpiadada BDU ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Lənkəran Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən ümumilikdə 400-dən çox tələbə iştirak edib. Olimpiadanın məqsədi Azərbaycanda Fizika, Riyaziyyat, Kimya, Biologiya və Coğrafiya elmləri üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkarlamaq və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etməkdir.

            Riyaziyyat, Kimya, Fizika, Biologiya, Coğrafiya fənləri üzrə olimpiadanın Təşkilat Komitəsinin sədrləri - BDU-nun uyğun fakültələrinin dekanları Ziyatxan Əliyev, Fuad Kərimli, Bəxtiyar Paşayev, Afət Məmmədova və Məqsəd Qocamanov çıxışlarında belə olimpiadaların keçirilməsinin önəmindən danışıb, qaliblərə uğurlar arzulayıblar.

            Daha sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov Respublika Olimpiadasının qaliblərini elan edib. Müsabiqənin nəticələrinə əsasən, 60 tələbə Olimpiadanın qalibi olub. Onlardan 5-i I, 10-u II, 15-i III yerləri tutub, 30 tələbə həvəsləndirici yerlərə layiq görülüb. Olimpiada qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

            ELM

            Son XƏBƏRLƏR

            08.05.2026 | 18:05

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

            08.05.2026 | 17:44

            BDU-da “Azərbaycan” auditoriyası açılıb

            08.05.2026 | 14:31

            BDU əməkdaşları arasında idman yarışları keçirilib

            08.05.2026 | 14:14

            BDU-da “MediaPulse” təcrübə proqramının növbəti görüşü keçirilib

            08.05.2026 | 14:13

            BDU THİK “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025