BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Acınohur və Sarıca düzlərində ceyran populyasiyasının bərpasına dair elmi seminar

            BDU-da Acınohur və Sarıca düzlərində ceyran populyasiyasının bərpasına dair elmi seminar

            18 Aprel 2023 17:48

            BDU-da Acınohur və Sarıca düzlərində ceyran populyasiyasının bərpasına dair elmi seminar

            Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Acınohur və Sarıca düzlərində ceyran (Gazella subgutturosa Guldenstaedt, 1970) populyasiyasının bərpası üzrə ilkin nəticələr” mövzusunda elmi seminar keçirilib. Seminarda Bioekologiya kafedrasının doktorantı Sevinc Saruxanova mövzu üzrə məruzə edib.

            O qeyd edib ki, tarixən ceyranlar Şərqi Qafqazda Kür-Araz ovalığında və Abşeron yarımadasında geniş yayılıb. Zamanla Xəzər dənizinin səviyyəsinin dəyişməsi, Kür-Araz çaylarının allüvial fəaliyyəti, tektonik proseslər, iqlim dəyişmələri nəticəsində bitki örtüyünün təbii suksessiyası və ən sonda antropogen amillər nəticəsində ceyranların sayı və yaşayış sahələri getdikcə azalıb. 1960-cı ildə aparılmış aviasayım zamanı respublika ərazisində cəmi 131 baş ceyran qeydə alınıb. Təcili olaraq bu növün xilas edilməsi üçün xüsusi mühafizə tədbirləri həyata keçirilib. 2022-ci ildə aparılmış sayım nəticəsində ölkə ərazisində 6262 ceyran olduğu müəyyən edilib. Ceyranların tarixi areallarının bərpası məqsədi ilə 2010-cu ildən başlayaraq reintroduksiyası aparılıb.

            Tədqiqat zamanı 2010-2020-ci illərdə Acınohur və Sarıca düzlərinə köçürülmüş ceyranların populyasiya dinamikası və onların yeni areala adaptasiyası öyrənilib. Belə ki,  2010-2020-ci illər ərzində Şirvan Milli Parkından 103 baş ceyran tutularaq Acınohur və Sarıca düzlərinə köçürülüb. Onların 57-si erkək, 46-si dişi olub. Ceyranların monitorinqi üçün 6 ədəd GPS “Plus Vertex Survey” xaltaları istifadə edilib və gündə 2 dəfə siqnal qəbul edilərək yerləşdiyi ərazilər müəyyənləşib. Tədqiqatın nəticələrinə görə,  ilk illərdə populyasiyada artım zəif gedib. 2019-cu ildə aparılmış sayım ceyran populyasiyasında sürətli artım olduğunu göstərib. Ceyranlar yeni köçürülmüş ərazilərdə düzənliklərdə cəmləşib. Tədqiqat zamanı aparılmış müşahidələr ceyranların yerdəyişmələrinin ərazidə mal-qaranın mövcudluğundan asılı olduğu müəyyən edilib. Belə ki, qış otlaqları boş olduğu müddətdə ceyranlar müntəzəm hərəkət marşrutlarından istifadə edib və əlverişli yerlərdə cəmləşib. Su mənbələrinin məhdud olduğu quraq mövsümlərdə ceyranlar Mingəçevir su anbarına doğru hərəkət edib.

            Sonra seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

            BDU-da Acınohur və Sarıca düzlərində ceyran populyasiyasının bərpasına dair elmi seminar
            BDU-da Acınohur və Sarıca düzlərində ceyran populyasiyasının bərpasına dair elmi seminar

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025