BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib

            BDU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib

            24 İyun 2021 12:22

            BDU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş onlayn tədbir keçirilib.  Professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə öncə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız şanlı qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

            Giriş sözü ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbir iştirakçılarını salamlayıb, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. Ramin Səmədov vurğulayıb ki, quruluşunun 103-cü ildönümündə Silahlı Qüvvələr Gününü 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazanan Müzəffər Azərbaycan Ordusunun bayramı kimi qeyd edirik. O, bildirib ki, illər ötdükcə bu qələbənin şərəfinə dastanlar, romanlar, tarixi əsərlər yazılacaq, uzun əsrlər bu şanlı zəfərdən bəhs olunacaqdır.

            Sonra Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu və tarixçi alim, BDU-nun dosenti Ələmdar Şahverdiyev  26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, formalaşma və inkişaf dövrü barədə ətraflı məlumatlar verilib. Xüsusi vurgulanıb ki, ölkəmizdə peşəkar ordu quruculuğunun əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərimizin davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü, ardıcıl siyasəti nəticəsində isə Azərbaycan ordusu bu gün regionun ən qüdrətli, dünyanın ən peşəkar ordularından birinə çevrilib. 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin tarixi zəfərə imza atmasının, ərazi bütövlüyümüzün təmin edilməsinin xalqımızda böyük ruh yüksəkliyi və qürur hissi yaratdığı qeyd olunub.

            26 iyun- Silahlı Qüvvələr Gününə həsr edilmiş mərasim tələbələr tərəfindən hazırlanmış bədii hissə ilə başa çatıb.

            Son XƏBƏRLƏR

            01.09.2026 | 17:10

            İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            01.09.2026 | 16:56

            BDU tələbələrinin nəzərinə!

            01.09.2026 | 16:55

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb

            01.09.2026 | 13:34

            BDU məzunlarının MİQ imtahanlarında uğur göstəricisi artıb

            01.09.2026 | 12:27

            BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025